RƏSSAMLARIMIZ BEYNƏLXALQ FESTİVALDA İŞTİRAK ETMİŞLƏR
Belçikada 43-cü Beynəlxalq karikatura festivalı keçirilmişdir. Festivalda dünyanın 70-dən artıq ölkəsindən minə yaxın karikaturaçı rəssam iştirak etmişdir. Azərbaycanı bu mötəbər tədbirdə tanınmış rəssamlar Soltan Soltanlı, Seyran Cəfərli və Yavər Əsədov təmsil etmişlər. Münsiflər heyəti müsabiqəyə təqdim olunmuş 3000 karikaturadan yalnız 250-ni seçmişdir. Həmin əsərlər arasında həmyerlilərimizin karikaturaları da vardır. Nümayiş olunan əsərlər festivalın kataloquna daxil edilmiş və həmin kataloq bu günlərdə rəssamlarımızın ünvanlarına göndərilmişdir. Kataloqa daxil olan əsərlər avqustun axırınadək Belçikanın bir sira şəhərlərində nümayiş etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]
Tellərdən süzülən duyğular - qanun ifaçısı Aysu Sadıqova ilə söhbət
- 08.06.2026 [13:41]
Bülbülün Memorial Muzeyində Mikayıl Müşfiqin xatirəsi anılıb
- 08.06.2026 [12:54]
İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb
- 08.06.2026 [11:46]