“RİA NOVOSTİ” AGENTLİYİ BAKIDA DAİMİ NÜMAYƏNDƏLİYİNİ AÇACAQ
Agentliyin MDB və Baltikyanı ölkələr üzrə Baş müdiriyyətinin rəhbəri Alan Kasayevin sözlərinə görə, Azərbaycan əməkdaşlıq baxımından maraqlı ölkədir və agentliyin informasiya mübadiləsi sahəsində onunla birgə fəaliyyət göstərmək planları var.
Kasayev demişdir: “Azərbaycan bizə həm də ona görə yaxındır ki, ölkələrimiz arasında dövlət səviyyəsində ciddi ixtilaflar yoxdur. Bundan əlavə, Azərbaycan təkcə Cənubi Qafqazda deyil, həm də dünyada, o cümlədən Yaxın və Orta Şərqdə bərqərar olan siyasi vəziyyətlə əlaqədar mühüm ölkədir. Prezidentlərimizin etimada əsaslanan şəxsi münasibətləri burada heç də az rol oynamır. Azərbaycandakı vəziyyəti müsbət qiymətləndirərək, biz bu ölkə ilə Rusiyanın informasiya məkanındakı münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətindəyik”. Kasayev əlavə etmişdir ki, belə əməkdaşlıq artıq gerçəkləşdirilmişdir. Məsələn, Azərbaycanda çıxan “Obozrevatel” qəzeti ilə birlikdə “Novosti”nin rusdilli oxucuları üçün əlavə vərəq buraxılır. “Novosti”nin Azərbaycanda nümayəndəliyinin açılması isə informasiya əməkdaşlığını möhkəmləndirməyə imkan verəcəkdir. Bakıda nümayəndəliyin açılması ideyası Azərbaycanda Rusiya ilinin keçirilməsi ilə üst-üstə düşmüşdür.
Nümayəndəliyin yaradılması işi bu ilin birinci yarısında başa çatacaqdır. May-iyun aylarında “Novosti” AZƏRTAC-la birlikdə agentliyin ən yaxşı fotoqraflarının fotosərgisini təşkil etməyi planlaşdırır. Hər iki ölkənin politoloqları və jurnalistlərinin iştirakı ilə dəyirmi masa təşkil etmək də nəzərdə tutulmuşdur. Nümayəndəlik, əsasən, əlaqələndirici qurum kimi işləyəcək, informasiya toplamaq, mətbuatı izləmək, Rusiya mətbuatının Azərbaycan, Azərbaycan mətbuatının Rusiya haqqında nə yazdığı barədə materiallar hazırlamaqla, onlayn rejimində informasiya mübadiləsi ilə məşğul olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Birjalarda neft ucuzlaşıb
- [10:02]
Bu gün Ümumdünya Poçt Günüdür
- [09:37]
ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib
- 08.10.2026 [23:36]
Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb
- 08.10.2026 [23:03]
Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib
- 08.10.2026 [21:37]
Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək
- 08.10.2026 [20:39]
Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb
- 08.10.2026 [20:09]
Bu saata olan əsas xəbərlər
- 08.10.2026 [20:00]
Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb
- 08.10.2026 [19:43]
Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir
- 08.10.2026 [19:24]
Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib
- 08.10.2026 [19:20]
Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb
- 08.10.2026 [19:18]
Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb
- 08.10.2026 [19:02]
Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH
- 08.10.2026 [19:01]
Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir
- 08.10.2026 [18:52]
Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb
- 08.10.2026 [18:51]
NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır
- 08.10.2026 [18:49]
Neft qiymətləri yenidən kəskin yüksəlib
- 08.10.2026 [18:35]
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib
- 08.10.2026 [18:22]
Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ
- 08.10.2026 [18:18]
Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL
- 08.10.2026 [17:56]
Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ
- 08.10.2026 [17:51]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [17:50]
Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək
- 08.10.2026 [17:48]
Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:43]
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
- 08.10.2026 [17:33]
Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir
- 08.10.2026 [17:19]