Riyaziyyat fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlər üçün dərslər keçirilir
Bakı, 18 noyabr, AZƏRTAC
Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdlərinə noyabrın 16-dan riyaziyyat fənni üzrə intensiv dərslər keçirilir.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, dərslərin keçirilməsində məqsəd olimpiadalara hazırlıq prosesinin təkmilləşdirilməsi və məktəblilərimizin beynəlxalq olimpiada nailiyyətlərinin daha da yüksəldilməsidir.
Beynəlxalq olimpiadaya hazırlıq komandasının müəllimləri İsmət Ağayev və Vüqar Quliyev şagirdlərə yeni mövzuları və əvvəlki olimpiadalarda təqdim olunan sualları izah edirlər.
Dərslər noyabrın 20-dək davam edəcək.