“Rolling Stones” qrupunun vokalçısı Mick Jagger ürəyindən əməliyyat olunacaq
Bakı, 2 aprel, AZƏRTAC
Həkimlər xəbərdarlıq edirlər ki, “Rolling Stones” qrupunun vokalçısı Mick Jagger tibbi müalicə almalıdır. Britaniyanı təmsil edən qrup Şimali Amerikada keçirəcəyi “No Filters” adlı qastrol səfərini vokalçının xəstəliyinə görə təxirə salıb.
AZƏRTAC lavanguardia.com saytına istinad edərək xəbər verir ki, 75 yaşlı Jaggerin həkimləri ona hazırda qastrola çıxmamağı məsləhət görüblər.
Qrup buna görə tamaşaçılardan üzr istəyərək bildirib ki, konserti izləmək arzusunda olanlar biletlərini itirməsinlər və yaxın vaxtlarda növbəti elan olunacaq gündə onları istifadə etsinlər.
Mick Jagger deyib: “Konserti təxirə saldığıma görə çox pərişanam, ancaq sağalan kimi səhnəyə qayıtmaq üçün əlimdən gələni edəcəyəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]