İQTİSADİYYAT
“Rosneft”: Neftin qiyməti yeni rekord qıra bilər
Bakı, 25 may, AZƏRTAC
ABŞ-ın İranla bağlı nüvə razılaşmasından çıxması qərarı ilə əlaqədar dünya neft istehsalının 5 faizində sanksiya riski yaranıb. ABŞ-ın bu siyasəti nəticəsində neftin qiymətində yeni rekordlar görülə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın ən böyük neft istehsalçısı olan “Rosneft”in idarə heyətinin sədri İqor Seçin Peterburq Beynəlxalq İqtisadi Forumu zamanı deyib. O bildirib ki, neftin qiymətindəki artıma Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) ilə əldə olunan istehsalın azaldılması razılaşmasından savayı sanksiyalar öz təsirini göstərib. İran ətrafında formalaşan böhran qlobal neft bazarının yenidən formalaşmasına yol aça bilər.
Karbohidrogen bazarına istiqamətlənən sanksiyaların qiymət üzərində yuxarı istiqamətli təzyiqi artıracağını vurğulayan İ.Seçin deyib: “Müəyyən bir müddət sonra ABŞ-ın güddüyü sanksiya siyasəti səbəbiylə neftin qiymətində yeni rekordlar görülə bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]