Rostovda silsilə qətllər törətmiş erməni əsilli David Sarabaşyanın məhkəməsi başlayır
Moskva, 7 fevral, AZƏRTAC
Rusiyanın Rostov şəhərində silsilə qətllər törətmiş erməni əsilli hərbi qulluqçu David Sarabaşyanın məhkəməsi başlayır.
AZƏRTAC xəbər verir ki, David Sarabaşyan 5 nəfəri, o cümlədən 16 yaşlı qızı zorlayaraq öldürməkdə təqsirli bilinir.
Rusiya İstintaq Komitəsi regional bölməsinin məlumatına görə, hərbçi olan 37 yaşlı Sarabaşyan 2018-ci ildə 25 yaşlı Marqarita Kuzminanı zorladıqdan sonra izi itirmək üçün onu boğaraq qətlə yetirib. Bu hadisə araşdırılarkən Sarabaşyanın 2000-ci ildə daha iki qadını kəməri ilə boğmağa cəhd göstərərək huşsuz hala gətirdiyi və sonradan zorlayaraq öldürdüyü məlum olub. Onun 2001-ci və 2003-cü illərdə də Rostovda 16 yaşlı qızı və 41 yaşlı qadını öldürməsi barədə faktlar üzə çıxıb.
Manyak Sarabaşyan 2015-ci ildə 29 yaşlı qadına basqın etsə də, qadının müqavimət göstərməsi nəticəsində çirkin əməlini həyata keçirə bilməyib və hadisə yerindən qaçıb.
Məhkəmə-psixi ekspertizanın nəticələri Sarabaşyanın heç bir psixi pozğunluqdan əziyyət çəkmədiyini müəyyən edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [18:57]
Fransada qarşıdurmalar baş verib, saxlanılanlar var
- 17.10.2026 [18:11]
Hörmüz boğazında daha bir tanker minaya düşüb
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]