RUS DRAM TEATRINDA AÇIQ QAPI GÜNLƏRİ
Sentyabrin 1-də Səməd Vurğun adına Rus Dram Teatrında uşaqlar üçün Beynəlxalq Bilik gününə həsr olunmuş açıq qapı günü keçirilmişdir. Bu barədə AZƏRTAC-ın müxbirinə teatrın direktoru Marat İbrahimov xəbər vermişdir. Həmin gün gənc tamaşaçılara Boris Lukinskinin “Donuz balası Knok” pyesi əsasında tamaşa göstərilmişdir. Tamaşada artistlərdən Murad İbrahimov, Teymur Rəhimov, İsa Rəhimov, Yuri Omelçenko, Milana Mardoxanova və başqaları iştirak edirdilər.
Teatrın baş rejissoru və tamaşanın quruluşçusu, respublikanın xalq artisti Aleksandr Şarovski yeni dərs ilinin başlanması münasibətilə uşaqları təbrik edərək, onlara uğurlar arzuladı. O xatırlatdı ki, artıq 10 ildir Rus Dram Teatrı yeni mövsüm ərəfəsində belə tədbirlər keçirir.
Sonra lotereya oynanıldı və onun nəticələrinə görə beş şagird məktəb ləvazimatı dəstinin sahibi oldu.
Sentyabrın 8-də teatrda mövsümün açılışı olacaq və “Bütün ulduzlar-2“ tamaşası ilk dəfə göstəriləcəkdir. Səkkiz ildir səhnədən düşməyən “Bütün ulduzlar” tamaşası teatrsevərlər arasında çox populyar olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:42]
“Öz yazarını seç” – onlayn səsverməyə start verilir
- 17.10.2026 [10:40]
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb
- 17.10.2026 [02:51]
Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]