Rusiya bankları xarici valyutada cəlb olunan depozitlər üzrə faiz dərəcələrini aşağı salacaq
Bakı, 30 avqust, AZƏRTAC
Rusiya bankları yaxın günlərdə xarici valyutada cəlb olunan depozitlər üzrə faiz dərəcələrini aşağı salmağı planlaşdırır.
AZƏRTAC “lenta.ru” saytına istinadla xəbər verir ki, "Citibank" artıq bu gündən etibarən faizləri azaltmaq qərarına gəlib. Avqustun 28-dək bu bankın dollar əmanətləri üzrə illik dərəcəsi 0,1 faiz, avro üzrə 0,05 faiz olub.
"OTP Bank"ın əmanət, hesablaşma və komisyon məhsulları mərkəzinin rəisi Pavel Nujdov həmçinin bildirib ki, kredit təşkilatı valyuta məhsullarının gəlirliliyini azaldacaq.
"Svyazbank"ın pərakəndə biznesin inkişafı departamentinin direktor müavini Natalya Nalivkina bildirib ki, sentyabrın əvvəlindən xarici valyutada faiz dərəcələri 0,2 faiz bəndi azaldılacaq.
Bununla yanaşı, "Alfa-bank", "VTB 24", "Rayffazzenbank", "Ural Yenidənqurma və İnkişaf Bankı" və "Yunikredit" hələlik avro və dollarla əmanətlər üzrə faiz dərəcələrinin azaldılmasını planlaşdırmır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2026 [17:11]
Ukrayna ordusunun Baş qərargahı Novorossiyskə hücumun detallarını açıqlayıb
- 23.05.2026 [14:28]
Zelenski: Ukrayna Rusiyanın hərbi müəssisəsinə zərbə endirib
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar
- 22.05.2026 [23:04]
103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb
- 22.05.2026 [22:56]