RUSİYA ERMƏNİSTANDAN SİLAHLI QÜVVƏLƏRİNİ AZƏRBAYCAN ƏRAZİLƏRİNDƏN ÇIXARMAĞI TƏLƏB ETMƏLİDİR
Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün danışıqları davam etdirir və Ermənistandan konstruktiv addımlar gözləyir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim iyunun 2-də ənənəvi mətbuat konfransında bildirmişdir.
X.İbrahim vurğulamışdır ki, Azərbaycan münaqişəni müharibə yolu ilə həll etmək istəmir. Amma, bu fikirləri Ermənistana aid etmək olmaz. Çünki, Ermənistan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş torpaqlarında yerləşdirmiş və bu ərazilər terror yuvasına çevrilmişdir.
Xəzər İbrahim demişdir ki, əgər Rusiya Dağlıq Qarabağ münaqişəsinin müharibə yolu ilə həll etməyin mümkünsüzlüyünü bildirirsə, onda Ermənistandan silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmağı tələb etməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Teatr sənətinin vurğunu
- [11:14]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]