Azərbaycan Dövlət İnformasiya Agentliyi

RUSİYA FEDERASİYASI DÖVLƏT DUMASININ NÜMAYƏNDƏ HEYƏTİNİN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA

Azərbaycan Milli Məclisinin sədri Murtuz Ələsgərovun dəvəti ilə Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Seleznyovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 22-də Bakıya üçgünlük rəsmi səfərə gəlmişdir.

Binə hava limanında hörmətli qonağı və nümayəndə heyətinin üzvlərini Milli Məclisin sədri Murtuz Ələsgərov, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Nikolay Ryabov, digər rəsmi şəxslər qarşıladılar.

Gennadi Seleznyov jurnalistlərin suallarına cavab verərək dedi ki, ölkələrimizin qanunvericilik orqanları arasında möhkəm parlamentlərarası əlaqələr mövcuddur. Azərbaycan və Rusiya parlamentlərinin rəhbərləri qarşılıqlı rəsmi səfərlər etmişlər, MDB-nin Parlamentlərarası Assambleyası çərçivəsində, Qafqaz dördlüyü çərçivəsində tez-tez görüşürlər. O, bu görüşlərin davam etməsini və daha dinamik olmasını arzu etdiyini bildirdi. Onun dediyinə görə, səfər zamanı parlamentlərarası əlaqələrə dair məsələlər müzakirə ediləcək, müqavilə-hüquqi baza təhlil olunacaqdır.

MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

Sentyabrın 22-də Milli Məclisin sədri Murtuz Ələsgərov Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Seleznyovla və Rusiya parlamentinin aşağı palatası nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.

Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq bildirdi ki, Dövlət Dumasının mötəbər nümayəndə heyətinin bu səfəri ölkələrimiz arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsinə təkan verəcəkdir.

Murtuz Ələsgərov Rusiya ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsində dövlət başçılarının görüşlərini yüksək qiymətləndirərək, Azərbaycan Prezidenti Heydər Əliyevin bu ilin iyun ayında Sankt-Peterburqa səfəri üzərində dayandı. Həmin səfər zamanı dövlətimizin başçısı, Rusiya Prezidenti Vladimir Putinlə görüşmüş, hər iki Prezident dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışında iştirak etmişdir. Milli Məclisin sədri Rusiya dövləti başçısının ötən ilin yanvarında Bakıya səfərini də xüsusi vurğuladı. Rusiya Prezidentinin Bakıda keçirdiyi çoxsaylı görüşlər və parlamentdəki çıxışı dövlətlərarasi əlaqələrin möhkəmlənməsində mühüm rol oynamışdır. Prezidentlərin imzaladıqları sənədlər ikitərəfli münasibətlərin hüquqi bazasını təşkil edir.

Milli Məclisin sədri daha sonra bildirdi ki, ölkəmiz parlamentlərarası əməkdaşlıq da daxil olmaqla, Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin inkişafına böyük diqqət yetirir. Parlament rəhbərlərinin dəfələrlə etdikləri səfərlərin bu baxımdan mühüm rolu olmuşdur. Federasiya Şurasının keçmiş sədri Yeqor Stroyev, indiki sədri Sergey Mironov, Dövlət Dumasının deputatları ölkəmizdə olmuşlar. Diqqətəlayiq haldır ki, indiki nümayəndə heyətinin tərkibində parlamentlərarası dostluq qrupunun üzvləri də vardır və onlar öz azərbaycanlı həmkarları ilə görüşəcəklər.

Murtuz Ələsgərov ölkəmizdə həyata keçirilən islahatlardan danışaraq dedi ki, parlamentdə iki çağırış ərzində müstəqil dövlətimizin hüquqi əsasını təşkil edən mindən artıq qanun və qərar qəbul olunmuşdur. Bu ilin avqust ayında referendum keçirilmiş və ona əsasən ölkə Konstitusiyasında dəyişikliklər edilir.

 

Qarşidan 2003-cü il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi gəlir, parlament komissiyalarının sədrləri büdcə layihəsinin hazırlanmasında fəal iştirak edirlər. Konstitusiyaya edilmiş dəyişikliklərə müvafiq olaraq, Milli Məclisdə payız və yaz sessiyalarının keçirilməsinin yeni müddətləri müəyyənləşdirilmişdir.

Murtuz Ələsgərov xüsusi vurğuladı ki, Azərbaycanda islahatların uğurla həyata keçirilməsi Prezident Heydər Əliyevin rəhbərliyi ilə ölkədə yaradılmış ictimai-siyasi sabitliyin nəticəsidir.

Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələsinə toxunaraq bildirdi ki, Ermənistanın qeyri-konstruktiv mövqe tutması problemin sülh yolu ilə həllinə imkan vermir. Azərbaycan və Ermənistan prezidentlərinin görüşləri, Rusiyanın da həmsədrlərindən biri olduğu ATƏT-in Minsk qrupunun fəaliyyəti ilə yanaşı, Qafqaz dördlüyü çərçivəsində parlament sədrlərinin görüşləri də keçirilir. Təəssüf ki, münaqişənin sülh yolu ilə nizama salınması üçün göstərilən bütün səylər heç bir nəticə verməmişdir.

Gennadi Seleznyov ölkəmizə səfərə dəvətə görə Murtuz Ələsgərova təşəkkürünü bildirərək dedi ki, ölkələrimizin parlament rəhbərləri arasında imzalanmış saziş çərçivəsində əməkdaşlıq davam edir. O, MDB ölkələri parlamentləri ilə dostluq əlaqələrinin möhkəmlənməsində Federasiya Şurasının və onun sədri Sergey Mironovun səylərini də xüsusi vurğuladı.

Dövlət Dumasının sədri başçılıq etdiyi nümayəndə heyətinin Prezident Heydər Əliyev ilə görüşündən məmnun qaldığını bildirərək dedi ki, Azərbaycan rəhbərinin Moskvaya növbəti səfəri ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişafında daha bir mərhələ olacaqdır. O vurğuladı ki, bu səfər zamanı Xəzər dənizinin dibinin bölüşdürülməsi, Rusiya ali məktəblərinin diplomlarının Azərbaycanda və Azərbaycan diplomlarının Rusiyada tanınması barədə sənədlər və digər mühüm sazişlər imzalanacaqdır. Dövlət Dumasının sədri eyni zamanda məlumat verdi ki, payız sessiyasının müzakirəsinə çıxarılmış Qəbələ RLS üzrə saziş istisna olmaqla, ölkələrimizin prezidentləri tərəfindən imzalanmış bütün sənədlər Rusiyanın qanunvericilik orqanı tərəfindən ratifikasiya edilmişdir.

Sonra Gennadi Seleznyov nümayəndə heyətinin tərkibi barədə məlumat verərək, onun heyətində Dövlət Dumasının altı fraksiyasının təmsil olunduğunu bildirdi. O, Rusiya parlamentinin fəaliyyəti üzərində ətraflı dayanaraq dedi ki, hər sessiyanın müzakirəsinə 500-ə yaxın qanun layihəsi çıxarılır. Onun sözlərinə görə, Rusiya parlamentində 700-dən artıq qanunvericilik təşəbbüsü subyekti vardır və onlar ölkə həyatının müxtəlif sahələri üzrə qanun layihələri işləyib hazırlayırlar. Payız sessiyasında müzakirəyə çıxarılmış ilk sənəd 2003-cü il üçün Rusiya Federasiyası büdcəsinin layihəsidir.

Dövlət Dumasının sədri parlamentlərarası dostluq qruplarının fəaliyyətini də yüksək qiymətləndirərək bildirdi ki, bu, ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin möhkəmlənməsinə kömək edir. İndiki görüş zamanı həmin qrupların üzvləri parlamentlərarası əlaqələrin inkişafının perspektivlərini və qanun yaradıcılığı sahəsində təcrübə mübadiləsinin yeni yollarını müzakirə edəcəklər.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, sədrin müavinləri Ziyafət Əsgərov və Gövhər Baxşəliyeva, parlamentin daimi komissiyalarının sədrləri, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdilər.

X X X

Görüşdən sonra Rusiya və Azərbaycan parlamentlərinin sədrləri Gennadi Seleznyov və Murtuz Ələsgərov mətbuat konfransı keçirdilər.

Gennadi Seleznyov jurnalistlərin suallarına cavab verərək dedi ki, ölkələrimizin parlamentləri müştərək müəssisələr yaradılması, iqtisadiyyatın digər sahələrində əməkdaşlığın inkişafı üzrə qanunvericilik bazasını təkmilləşdirməlidir. Milli Məclisin sədri Murtuz Ələsgərov isə bildirdi ki, Azərbaycan Parlamentinin üzvləri MDB parlamentlərarası Assambleyasının iclaslarında fəal iştirak edirlər və orada qanunvericilik orqanları arasında əməkdaşlıq məsələləri müzakirə olunur.

Mətbuat konfransında MDB-nin perspektivləri, Birliyin qanunvericilik orqanlarının müxtəlif beynəlxalq təşkilatlarda əməkdaşlığı, Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə nizama salınması məsələlərinə də toxunuldu.

Gennadi Seleznyov Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsinə Rusiyanın münasibəti barədə AZƏRTAC-ın müxbirinin sualına cavabında bildirdi ki, Rusiya tərəfi bu layihənin uğurla yerinə yetirilməsini arzulayaraq, Bakı-Novorossiysk boru kəmərinin gələcəkdə də fəaliyyət göstərməsini istəyir.

 

ŞƏHİDLƏR XİYABANINI ZİYARƏT

Sentyabrın 23-də Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Seleznyoz və nümayəndə heyətinin üzvləri Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş oğul və qızlarımızın xatirəsini yad etdilər.

Rusiya Dövlət Dumasının sədri həlak olanların xatirəsinə hörmət əlaməti olaraq, “Əbədi məşəl” abidəsi önünə əklil qoydu, Şəhidlər xiyabanının Fəxri qonaqları kitabına ürək sözlərini yazdı.

Şəhidlər xiyabanını ziyarət zamanı Gennadi Seleznyovu Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, digər rəsmi şəxslər müşayiət edirdilər.

X X X

 

RUSİYA DÖVLƏT DUMASININ SƏDRİ BAKI SLAVYAN UNİVERSİTETİNDƏ OLMUŞDUR

Elə həmin gün Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyovun və nümayəndə heyətinin üzvlərinin Bakı Slavyan Universitetinin professor-müəllim heyəti və tələbələri ilə görüşü olmuşdur.

Görüşdən əvvəl tələbələrin ifasında Rusiyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Universitetin rektoru professor Kamal Abdullayev qonaqları salamlayaraq dedi ki, bu, ali məktəbin həyatında mühüm hadisədir, çünki elm və təhsil sahəsində Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına kömək edəcəkdir. Rektor Slavyan Universitetinin rolundan danışaraq vurğuladı ki, bu ali məktəb rus dili və ədəbiyyatının öyrənilməsində tarixi ənənələrə malikdir. Respublikada slavyan dillərinə maraq ilbəil artır. 1999-cu ildə bu ali məktəbə 437 tələbə daxil olmuşdusa, 2002-ci ildə onların sayı 883-ə çatmışdır. Universitetin 2500 tələbəsindən 1700-ü rusşünaslıq ixtisasına yiyələnir ki, bu da Azərbaycan gənclərinin Rusiyaya, rus mədəniyyətinə böyük marağını göstərir.

Sonra Rusiya Federasiyası Dövlət Dumasının sədri Gennadi Seleznyov çıxış edərək dedi ki, Bakıda olduğu müddətdə azərbaycanlı həmkarları ilə söhbət edərkən tərcüməçiyə ehtiyac olmamışdır. Belə ki, bütün danışqılar burada çoxlarının bildiyi rus dilində aparılırdı. Spikerin sözlərinə görə, Rusiyada 140-a yaxın millət və xalq yaşayır və onların uzun illər boyu dinc yanaşı yaşaması onun ölkəsinin əsas sərvətidir.

Gennadi Seleznyov ölkələrimizin parlamentlərinin əməkdaşlığından danışarkən bildirdi ki, Azərbaycan və Rusiya qanunvericiləri MDB ölkələrindəki həmkarları ilə Parlamentlərarası Assambleya çərçivəsində birgə iş aparırlar.

Rusiya Dövlət Dumasının sədri çıxışının sonunda vurğuladı ki, onun ölkəsinin parlamenti Bakı Slavyan Universiteti kitabxanasının bədii ədəbiyyat və tədris vəsaiti ilə təchiz olunmasına kömək edəcəkdir.

O, ali məktəbə üzərində Rusiya Federasiyası Dövlət Duması binasının təsviri olan xatirə hədiyəsi bağışladı.

Görüşdə Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, Rusiya Federasiyasının Bakıdakı səfiri Nikolay Ryabov iştirak edirdilər.

GENNADİ SELEZNYOV: AZƏRBAYCANDA HEÇ VAXT DİNLƏRARASI MÜNAQİŞƏ OLMAMIŞDIR

Slavyan Universitetində görüşdən sonra Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov başda olmaqla nümayəndə heyətinin üzvləri Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdəki üç əsas dini konfessiyanın - müsəlman, pravoslav və yəhudi konfessiyalarının nümayəndələri ilə görüşmüşlər.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə bildirdi ki, Azərbaycanda rus pravoslav kilsəsi ilə müsəlmanları arasındakı münasibətlər onu sevindirir. O, dinlərarası əlaqələrdə sərhədlərin olmadığını vurğulayaraq dedi ki, Dağlıq Qarabağ probleminin həlli və Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi ölkəmizdəki bütün dinlərin nümayəndələrinin ümumi qayğısıdır.

Gennadi Seleznyov isə nəzərə çarpdırdı ki, Azərbaycanda ruslara qarşı heç bir ayrı-seçkilik yoxdur, əksinə, respublikada rus dili və mədəniyyətinin yayılması üçün bütün işlər görülür. O vurğuladı ki, respublikada heç vaxt dinlərarası münaqişə baş verməmişdir, çünki dini rəhbərlər daim dialoq şəraitində yaşayırlar.

Görüşdə Rus pravoslav kilsəsi Bakı-Xəzəryanı bölgə yeparxiyasının başçısı, yepiskop Aleksandr ata, dağ yəhudiləri icmasının rəhbəri Semyon İxiilov da çıxış edərək, Azərbaycanda bütün dinlərin nümayəndələri üçün yaradılmış şəraitdən ətraflı danışdılar.

“AZƏRBAYCAN-RUSİYA” PARLAMENTLƏRARARASI DOSTLUQ QRUPUNUN ÜZVLƏRİ İLƏ GÖRÜŞ

Sentyabrın 23-də Rusiya Dövlət Dumasının sədri Gennadi Seleznyov başda olmaqla Dumanın nümayəndə heyətinin üzvləri Milli Məclisdə “Azərbaycan-Rusiya” parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər.

Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə görüşü açaraq, dostluq qrupunun üzvlərini Rusiya parlamentarilərinə təqdim etdi. O, bildirdi ki, hər iki parlamentin dostluq qruplarının üzvləri arasında tez-tez görüşlər keçirilməsinin parlamentlərarası münasibətlərin inkişafı üçün çox böyük əhəmiyyəti var.

Gennadi Seleznyov da Dövlət Duması nümayəndə heyətinin üzvlərini təqdim edərək dedi ki, Rusiyanın qanunvericilik orqanındakı dostluq qrupuna daxil olan deputatlar Azərbaycanla bağlı sənədlərin müzakirəsində fəal iştirak edirlər. O vurğuladı ki, Rusiya və Azərbaycan vətəndaşlarına aid həyati əhəmiyyətli məsələləri müzakirə etmək üçün gələcəkdə birgə səyyar müşavirələr keçirmək olar. Bundan əlavə, Gennadi Seleznyov ölkələrimizin neftə dair qanunvericilik aktlarını birgə nəzərdən keçirib, onlarının müsbət cəhətlərini üzə çıxarmaq təklifini də irəli sürdü.

Görüşdə parlamentlərarası dostluq qrupunun Rusiya tərəfindən əlaqələndiricisi Hacımət Səfərəliyev, dostluq qrupunun Azərbaycan tərəfindən üzvləri Eldar Qəhrəmanov, Anar Məmmədxanov, Mixail Zabelin ölkələrimizin qanunvericilik orqanlarının nümayəndələri arasında əlaqələri genişləndirmək imkanlarından danışdılar. Onlar Rusiya - Azərbaycan sərhədində səyyar müşavirə keçirmək və sərhəddən gedib-gələn vətəndaşların problemləri ilə yerindəcə tanış olmaq təklifini bəyəndilər.

X x x

Həmin gün Dövlət Dumasının nümayəndə heyətinin üzvləri böyük rus şairi Aleksandr Puşkinin abidəsi önünə əklil qoydular, Rusiyanın Bakıdakı səfirliyində Azərbaycanın rus icmasının nümayəndələri ilə görüşdülər.

Axşam Milli Məclisin sədri Murtuz Ələsgərovun adından Rusiya Dövlət Duması nümayəndə heyətinin şərəfinə rəsmi ziyafət təşkil edildi.

AZƏRTAC

Foto İlqar Cəfərovundur

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Naxçıvanda 3698 şagird məzun olub VİDEO

Şəkidə Milli Qurtuluş Günü ilə əlaqədar tədbir təşkil olunub

BŞTİ-nin rəhbərliyi məzunları təbrik edib

Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib

“Türkiyənin Süni İntellekt üzrə 2026-2030-cu illər üçün Fəaliyyət Planı” açıqlanıb

Mil-Muğan regionu üzrə 4841 şagird məzun olub

Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub

Oman sahilləri yaxınlığında tanker gəmisinə mərmi dəyib

Qaxda sərbəst güləş üzrə turnirdə 40 yeniyetmə idmançı mübarizə aparıb

Laçın şəhər məktəbində “Son zəng” sevinci: 11 şagird məzun oldu

Türk ölkələrinin gəncləri Almatıda ekoloji aksiya keçiriblər

Media: İlon Maskın pullarını saymaq üçün 31 min 700 il lazımdır

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Qələbənin yetişdirdiyi ilk məzunlar: Xıdırlıda unudulmaz gün - FOTOLAR VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Şuşada TDT ölkələrinin rəqabət siyasəti üzrə əməkdaşlığı müzakirə olunub, Birgə Kommünike imzalanıb VİDEO

Lənkəran və Astara məktəblərində “Son zəng” çalınıb

Bu il 193 nömrəli tam orta məktəbdən 120 şagird məzun olub

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şuşada çalınan “Son zəng” 16 məzunu müstəqil həyata səsləyib VİDEO

Şəki şəhər Kimya-biologiya təmayüllü liseyin məzunları “Son zəng”in sevincini yaşayıblar

İsrail Livanın cənubundakı hədəflərə yenidən zərbə endirib

Britaniyada Kral III Çarlzın rəsmi ad günü qeyd olunur - FOTOLAR

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub VİDEO

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub

Vüqar Rəhimzadə: Qurtuluşdan başlanan yol Azərbaycanı yeni zirvələrə və qələbələrə aparacaq

Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

Azərbaycan Universitetində Milli Qurtuluş Günü qeyd olunub

Ünal Üstel: Azərbaycanda ortaq mədəniyyətimiz və gələcəyimiz naminə çalışırıq

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb VİDEO

Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Ağdam məktəbinin builki tək məzunu: Öz ata-baba yurdumda məzun olmaq böyük qürurdur VİDEO

Türkiyəyə 16 ölkədə axtarışda olan 90 nəfər ekstradisiya olunub

Ağcabədidə tam orta təhsil səviyyəsini bitirən 1466 məzun üçün “Son zəng” çalınıb