Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının üzvü Ralif Safindən
Hörmətli İlham Heydər oğlu,
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Mənim neftçi kimi peşəkar fəaliyyətimin xeyli hissəsi Azərbaycan Respublikası ilə bağlıdır. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, atanız Heydər Əliyevin başladığı tarixi islahatların ölkəyə Sizin rəhbərlik etdiyiniz dövrdə necə sanballı nəticələr verdiyini görürük. Respublikanın həyatının bütün sahələrində çox böyük müsbət dəyişikliklər baş verir. Bu yaxınlarda keçirilmiş prezident seçkilərində inamlı qələbəniz Azərbaycan xalqının mütləq əksəriyyətinin Sizi dəstəkləməsinin parlaq sübutudur. Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzu və təsir qüvvəsi artır.
Ölkənizin rifahı naminə fəaliyyətinizdə Sizə səmimi qəlbdən yeni uğurlar diləyirəm. Sizə və yaxınlarınıza möhkəm cansağlığı, firavanlıq arzu edirəm.
Hörmətlə,
Ralif Safin
Rusiya Federasiyası Federal Məclisinin
Federasiya Şurasının üzvü