RUSİYA GÜRCÜSTANDAKI HƏRBİ BAZALARINDAN BİRİNİ ERMƏNİSTANA KÖCÜRMÜŞDÜR
Məlum olduğu kimi, ATƏT-in İstanbul zirvə görüşünün qərarına əsasən, Rusiya Gürcüstandakı hərbi bazalarından birini- Tbilisinin İsani rayonu ərazisində yerləşən 102 nömrəli hərbi bazasını 2002-ci ilin iyun ayınadək bu ölkədən çıxarmalı idi. Digər iki bazanın - Axalkalaki bölgəsindəki və Acarıstan Muxtar Respublikasının ərazisindəki bazaların isə burada qalması müddəti daha üç il uzadılmışdır.
Rusiya Tbilisidəki hərbi bazasını artıq boşaltmış və burada olan silah-sursatı Ermənistanın Gümrü (keçmiş Leninakan) bölgəsinə aparmışdır. Bütün bunlar Tbilisidən oraya KamAZ tipli 73 maşınla daşınmışdır. Maşın karvanı Tbilisi - Tetri-Skaro - Marneuli - Dmanisi marşrutu ilə hərəkət etmişdir.
Həmin bazanın rabitə sistemində 12 azərbaycanlı zabit də çalışırdı və onlara da xidməti Gümrüdə davam etdirmək təklif olunmuşdu. Lakin soydaşlarımız bundan qəti imtina etmişlər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [14:28]
Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb
- 13.06.2026 [13:13]
Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb
- 13.06.2026 [11:27]
Azərbaycan və Bolqarıstan enerji sahəsində əməkdaşlığı genişləndirir
- 13.06.2026 [10:48]