RUSİYA HÖKUMƏTİ SƏDRİNİN MÜAVİNİ VİKTOR XRİSTENKO BAKIYA GƏLMİŞDİR
Rusiya hökuməti sədrinin müavini Viktor Xristenko Bakıya qısamüddətli səfərə gəlmişdir. Binə hava limanında hörmətli qonağı baş nazirin birinci müavini, Azərbaycan-Rusiya müştərək iqtisadi komissiyasının həmsədri Abbas Abbasov, Rusiya Federasiyasının Bakıdakı səfiri Nikolay Ryabov qarşılamışlar.
Viktor Xristenko səfərinin məqsədi barədə jurnalistlərin suallarına cavabında bildirmişdir ki, müştərək iqtisadi komissiyanın fəaliyyəti ilə bağlı cari məsələləri müzakirə etmək, habelə Xəzər dənizinin təkinin bölüşdürülməsinə dair Rusiya-Azərbaycan sazişi layihəsini texniki cəhətdən təkmilləşdirmək nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:40]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:16]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [16:18]
Nazir Ceyhun Bayramov Tokioda Ermənistanla normallaşma prosesindən danışıb
- 10.06.2026 [15:48]