RUSİYA ORDUSUNDA İLİN ƏVVƏLİNDƏN 420 HƏRBİ QULLUQÇU HƏLAK OLMUŞDUR
Onun sözlərinə görə, hərbi qulluqçuların həlak olması ilə bağlı bütün faktlar nəzərə alınır və səbəblərdən asılı olmayaraq, hər fakt üzrə cinayət işi qaldırılır. O dəqiqləşdirmişdir ki, ötən yarım ildə 109 hərbi qulluqçu intihar etmişdir. İntihar faktları üzrə qaldırılmış cinayət işlərinin 60 faizi məhkəmələrə göndərilir.
Hadisələr və cinayətlər nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artmışdır.
General həmçinin bildirmişdir ki, yarım ildə hərbi prokurorluq orqanları təxminən 10 min cinayət qeydə almışlar. Yeddi mindən çox hərbi qulluqçu müxtəlif cinayətlər törətdiyinə görə məhkum edilmişdir. Onların arasında 800-dək zabit var. 2004-cü ildə 20 hərbi hissə komandiri, habelə ərzaq, əşya və maliyyə xidmətlərinin 43 nəfər vəzifəli şəxsi oğurluqlara və vəzifə səlahiyyətindən sui-istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. İndiyədək onların 35-i məhkum edilmişdir.