Rusiya Prezidenti Azərbaycanla sərhəddə yaranmış vəziyyətlə bağlı tapşırıq verib
Moskva, 20 may, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin Rusiya-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı tapşırıq verib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələri üçün Azərbaycanın səlahiyyətli orqanları ilə qarşılıqlı fəaliyyət mexanizminin işlənib hazırlanması barədə tapşırıq verib. Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar Rusiya-Azərbaycan sərhədində məhdudiyyətlər yaranıb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, bu barədə tapşırıq Dağıstan Respublikasının rəhbərliyi ilə keçirilən videomüşavirədən sonra verilib. Rusiya Prezidenti Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Xarici İşlər Nazirliyi, Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Federal Agentliyi və Dağıstan Respublikasının Hökumətinə Rusiya və Azərbaycan vətəndaşlarının sərhədi keçmələrinin təşkili üçün Azərbaycanın səlahiyyətli orqanları ilə operativ qarşılıqlı fəaliyyət mexanizmi işləyib hazırlamağı tapşırıb. Eyni zamanda, V.Putin epidemioloji vəziyyəti nəzərə alaraq normalara riayət olunmasının vacibliyini qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:53]
Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib
- 15.06.2026 [21:35]
Dövlət Komitəsi Milli Qurtuluş Günü münasibətilə videoçarx hazırlayıb
- 15.06.2026 [18:01]
Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru
- 15.06.2026 [17:00]