Rusiya Prezidenti ölkənin Federal Məclisinə müraciətlə çıxış edir
Moskva, 1 mart, AZƏRTAC
Rusiya Prezidenti Vladimir Putin ölkənin Federal Məclisinə müraciətlə çıxış edir.
AZƏRTAC xəbər verir ki, bu il Rusiya Prezidenti Federal Məclisə müraciətini Kremldə deyil, “Manej” Mərkəzi Sərgi Salonunda ünvanlayır. Daha bir yenilik isə müraciətin videoslaydlarla müşayiət olunmasıdır. Bunun üçün salonda böyük ekranlar quraşdırılıb. Tədbirdə iştirak etmək üçün 705 jurnalist akkreditasiya olunub.
Xatırladaq ki, Rusiya Prezidenti ildə bir dəfə Federal Məclisin hər iki palatasına müraciətlə çıxış edir. Müraciətdə Rusiya Federasiyasında hazırkı vəziyyət, daxili və xarici siyasət sahəsində görüləcək işlərdən danışılır. 2008-ci ildən müraciət Kremlin Georgi salonunda oxunurdu. Builki tədbirin “Manej” Mərkəzi Sərgi Salonunda keçirilməsi iştirakçıların sayının çox olması ilə izah edilir. Bu il mərasimdə 1000 nəfər - Dövlət Duması və Federasiya Şurasının, hökumət üzvləri, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Baş Prokurorluğun rəhbərliyi və digər vəzifəli şəxslər iştirak edir.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.06.2026 [12:41]
Saratov hava limanında uçuşlara müvəqqəti məhdudiyyət qoyulub
- 19.06.2026 [12:26]
Körfəz ölkələrində neft hasilatı oktyabr ayına qədər bərpa oluna bilər
- 19.06.2026 [12:25]
Gürcüstan xəstəxanalarında koronavirus halları qeydə alınıb
- 19.06.2026 [12:11]
Luvr Muzeyində təhlükəsizlik sistemləri yenilənir
- 19.06.2026 [12:10]
İyunun 19-u Ümumdünya Uşaq Futbolu Günüdür
- 19.06.2026 [12:07]
Aİ liderləri Rusiya ilə danışıqlar məsələsində iki düşərgəyə bölünüblər
- 19.06.2026 [11:57]
Kamçatka sahillərində zəlzələ baş verib, sunami təhlükəsi elan olunub
- 19.06.2026 [11:37]