Rusiya taxıl ixracı üzrə vergiləri dayandırıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Rusiya Ukraynanın hücumlarının daşınmalara mane olması səbəbindən buğda, arpa və qarğıdalı ixracına tətbiq edilən vergiləri cari ilin sonuna qədər dayandırıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İqtisadiyyat Nazirliyi bu qərarın logistikanın yenidən qurulması zərurəti ilə əlaqədar verildiyini və taxıl ixracı üzrə vergilərinin dekabrın 31-dək sıfır səviyyəsində qalacağını açıqlayıb.
Qeyd edək ki, Ukraynanın hücumları Rusiyanın Qara dəniz və Azov dənizi vasitəsilə daşınmaları dayandırmasına səbəb olub və ixracın marşrutlarının 70 faizindən çoxuna təsir edib.
Qlobal buğda ixracının dörddəbirindən çoxunu təşkil edən Rusiya və Ukrayna ötən ay Qara dənizdəki ticarət gəmilərinə və limanlarına hücumlarını artırıb. Ukrayna, həmçinin Azov dənizindəki Rusiya limanlarını hədəf alıb. Hücumlar Rusiyada fermerlərin bu mövsümün məhsulunu yığdığı bir vaxta baş verib, taxıl üçün əsas ixrac marşrutunu faktiki olaraq iflic edib.
Nəticədə qlobal miqyasda buğda fyuçerslərinin qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb və qlobal ərzaq tədarükünü pozulacağı ilə bağlı narahatlıqların artmasına səbəb olub.
Avqust ayında Rusiyanın buğda ixracı ötən ilin eyni ayı ilə müqayisədə yarıdan çox azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [14:02]
Nazir: Son 7 ayda Gürcüstandan Türkiyəyə 866 cinayətkar ekstradisiya edilib
- 02.09.2026 [13:51]
ABŞ-də dizelin qiyməti yenidən kritik səviyyəyə yaxınlaşır
- 02.09.2026 [13:47]
Nazir Uraloğlu: Gəmi 11 dəqiqə ərzində batıb YENİLƏNİB
- 02.09.2026 [13:41]
Gürcüstanda kimyəvi və bioloji təhdidlərə qarşı təlim keçirilib
- 02.09.2026 [13:26]
Girnə limanı bölgəsində batan bərənin qalıqları aşkarlanıb
- 02.09.2026 [12:54]
ABŞ-nin Asiyaya LNG daşınmaları ikiqat artıb
- 02.09.2026 [12:51]