Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiya-Türkiyə strateji tərəfdaşlığı: İzmir sərgisindən sonra gəlinən qənaətlər

Rusiya-Türkiyə strateji tərəfdaşlığı: İzmir sərgisindən sonra gəlinən qənaətlər

Tarixən Türkiyə ilə Rusiya arasındakı münasibətlər geniş geosiyasi məkana ciddi təsir edib. Əsrlərlə Avrasiyanın iki böyük imperiyası bir-birinə düşmən siyasət yeridiblər. Təcrübə göstərir ki, belə gedişat, əslində, həm Türkiyəyə, həm də Rusiyaya ziyandır. Son illər iki böyük dövlət daha çox əməkdaşlığa meyl edirlər. Bu ilin avqustunda İzmirdə beynəlxalq sərgi-yarmarkanın keçirilməsi zamanı iki ölkə arasında əməkdaşlığı daha da genişləndirmək barədə razılığın əldə edilməsi yeni ümidlər yaradıb. Analitik və ekspertlər Rusiya-Türkiyə yaxınlaşmasının faydalılığını əsaslandırmaq üçün müxtəlif arqumentlər gətirirlər. Biz onların bəziləri üzərində geniş dayanaraq, iki ölkə arasındakı əlaqələrin inkişafının doğrudan da, geniş geosiyasi məkanda müsbət nəticələr verəcəyini vurğulamaq istərdik.

İzmir yarmarkası: rus-türk dostluğunda yeni səhifəyə doğru

Türkiyənin İzmir şəhərində "Izmir International Fair" adı ilə məşhur olan beynəlxalq yarmarka-sərgi avqustun 18-də işinə başlayıb. Bu, həmin ad altında keçirilən 86-cı tədbirdir. Onun əsas mövzusu "İnnovasiya və energetika"dır. Sərgi-yarmarka avqustun 27-ə qədər davam edib. Bu tədbirin əsası 1927-ci ildə qoyulub. Müəyyən fasilələrə baxmayaraq, indiyə qədər keçirilir. Artıq dünyanın ən mötəbər sərgi-yarmarkalarından biri hesab olunur. O, İzmirin gözəl guşələrindən olan Mədəniyyət parkında təşkil edilir. Bu il sərgi-yarmarkaya maraq daha böyük olub. Adətən orada xarici ölkələr Türkiyə ilə əməkdaşlığı inkişaf etdirə biləcək layihələr təklif edirlər. Builki tədbirdə həmin istiqamətdə daha çox fərqlənən Rusiya Federasiyası olub.

Rusiyanı sərgi-yarmarkada energetika naziri Aleksandr Novakın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Tədbir çərçivəsində xüsusi konfransların, seminarların, müzakirələrin keçirilməsi bir ənənəyə çevrilib. 86-cı sərgi-yarmarkada Türkiyə ilə Rusiya innovasiya, yüksək texnologiyalar, enerji və s. sferalarda qarşılıqlı əməkdaşlığı inkişaf etdirmək imkanlarını müzakirə ediblər (bax: Прорыв на южном направлении: как Россия закрепляется в Турции / "Россия сегодня", 19 avqust 2017).

Türkiyə və Rusiya nümayəndə heyətləri görüşdən sonra ümidverici bəyanatlarla çıxış ediblər. Tərəflər iki ölkə arasında ticarət dövriyyəsini 100 milyard dollara çatdırmaqda qərarlı olduqlarını bəyan ediblər. A.Novak türk iş adamlarının Rusiya iqtisadiyyatına 10 milyard ABŞ dolları həcmində sərmayə qoyduğunu açıqlayıb. Ruslar da təqribən eyni həcmdə Türkiyə iqtisadiyyatına sərmayə qoyublar. Ancaq bu rəqəmi dəfələrlə artırmaq lazım gəldiyi də qeyd olunub.

Bunun üçün bir sıra imkanlar mövcuddur. Məsələn, Rusiya 2018-ci ildə Türkiyədə Aksu nüvə reaktoru quraşdırmağa başlamalıdır. Qaz sahəsində böyük layihənin reallaşdırılmasına başlanılıb. Kənd təsərrüfatı məhsulları artıq Rusiyaya aparılır. Bundan başqa, Türkiyə də Rusiyadan lazımi malları alır. O cümlədən hərbi sahədə əməkdaşlıq yeni səviyyəyə yüksəlir. Buna misal olaraq Rusiyanın S-400 zenit-raket sistemlərini Türkiyəyə satmasını göstərmək olar. Prezident Rəcəb Tayyib Ərdoğan bununla bağlı müqavilənin imzalandığı haqqında bəyanat verib.

Rusiyalı ekspertlər iki böyük dövlət arasında əlaqələrin inkişaf etdirilməsinin hər iki tərəfə faydalı olduğu barədə analitik yazılar dərc edirlər. Onu vurğulayaq ki, cəmi bir neçə ay bundan öncə belə növ yazılar nadir hallarda mətbuatda dərc edilirdi. Rusiya mətbuatı adətən erməni daşnakların və kürd separatçıların maraqlarına uyğun gələn qərəzli yazıları çap edirdilər. Ancaq son dövrlərdə bu tendensiya səngimiş kimi görünür, çünki iki ölkənin rəsmiləri konkret əməkdaşlıq layihələrini sürətlə həyata keçirirlər. Əlavə olaraq, Rusiyadakı sağlam ekspert dairələri və analitik qruplar reallığı görürlər. İndi deyə bilərik ki, Türkiyə ilə Rusiya arasında tarixi dostluq və tərəfdaşlığın real təməllər üzərində qurulması üçün şans yaranıb.

Burada bir məqamı mütləq vurğulamaq gərəkdir. Rusiya və Türkiyə arasında münasibətlərin konstruktiv məcraya yönəlməsində Ulu öndər Heydər Əliyevin çox ciddi fəaliyyəti olub. Bu kursu indi İlham Əliyev uğurla davam etdirir. Bunun nümunəsi kimi Ankara-Moskva qarşıdurması yarananda, Azərbaycan Prezidentinin xüsusi fəallıq göstərməsini xatırlada bilərik. Şübhəsiz, Rusiya və Türkiyə kimi iki böyük dövlət arasında əməkdaşlıqdan Azərbaycan da böyük fayda görə bilər.

Moskva-Ankara əməkdaşlığı: Azərbaycan faktorunun nəzərə alınması

Əslində, bu məqamı rusiyalı analitiklər ayrıca qeyd edirlər. Məsələn, yuxarıda vurğuladığımız məqalədə Rostislav İşenko yazır ki, Ankara-Moskva münasibətlərinin inkişaf etməsi Qafqazdakı türk xalqları məsələsində tərəflərin daha müsbət tonda razılaşmasına imkan yaradacaq. Belə ki, mədəniyyət və tarixi olaraq Türkiyəyə meyl edən Qafqaz türkləri ilə bağlı Ankara Rusiyanın maraqlarını nəzərə alaraq siyasət yeridə bilər. Və eyni zamanda, Moskva regionda Ankaranın maraqlarını ciddi surətdə nəzərə ala bilər (bax: əvvəlki mənbəyə).

Rusiyalı ekspert bundan başqa Bosfor və Dardanel boğazlarının Rusiya hərbi donanması üçün açılması imkanın yüksəldiyini vurğulayır. Doğrudur, beynəlxalq konvensiyalar indi də rus hərbi gəmilərinə sərbəst surətdə boğazlardan keçməyə imkan verir, lakin bir sıra incə məqamlar vardır ki, onlar istənilən zaman vəziyyətin dəyişə bilməsini göstərir. Dost Türkiyə isə ən çətin zamanda belə Rusiya gəmilərinə yolu bağlamaz. Hazırda Yaxın Şərqdə geosiyasi mübarizə aparan Moskva üçün bunun nə dərəcədə əhəmiyyətli olduğunu dərk etmək çətin deyil.

Digər arqument Türkiyənin geosiyasi nüfuzu ilə bağlıdır. Rostislav İşenko vurğulayır ki, Rusiya-Türkiyə müttəfiqliyi Cənubi Qafqazda sabitlik və sülhün təminatçısıdır. Bu tezis xüsusilə erməni ekspertlərin regionda Ermənistanın rolu ilə bağlı gətirdikləri süni arqumentləri sabun köpüyü kimi dağıdır. Ermənilər sübut etməyə çalışırlar ki, Ermənistan-Rusiya əməkdaşlığı regionda sabitliyi təmin edir. Rusiyalı analitik isə tamamilə fərqli fikir ifadə edir. Regionda Rusiya-Türkiyə dostluğu real olaraq sakitliyin və sabitliyin təminatçısıdır. Şübhəsiz, Rusiya və Türkiyə qarşılıqlı anlaşma içərisində olurlarsa, orada mütləq Azərbaycan da var. Yəni, əslində, regionda sülh, sabitlik və əmin-amanlığı Azərbaycan-Türkiyə-Rusiya əməkdaşlığı təmin etməkdədir.

Bundan başqa, analitik rus-türk dostluğunun Krımın təhlükəsizliyinə, Ukraynada anti-Rusiya əhval ruhiyyəsinin yatırılmasına böyük töhfə verdiyini vurğulayır (bax: əvvəlki mənbəyə). Bütövlükdə bu müttəfiqlik Rusiyanın cənub-qərb sərhədlərinin qorunmasında əvəzsiz imkanlar yaradır. Bu, Moskvaya hərbi qüvvələrini daha balanslı bölməyə şans verir. Cənub istiqamətində həddindən çox hərbi güc toplamaq zərurətini aradan qaldırır.

Rostislav İşenko bunlarla yanaşı onu da qeyd edir ki, Rusiyanın Türkiyə və İranla əməkdaşlığı Suriya böhranının həllində uğur əldə etməyə əlavə imkanlar yaradır. Bununla Rusiya özü üçün strateji əhəmiyyəti olan bir regionda möhkəmlənmək imkanı əldə edir (bax: əvvəlki mənbəyə).

Nəhayət, Türkiyə ilə əməkdaşlıq Rusiyaya Qərb qarşısında bəzi coğrafi və hərbi üstünlüklər verir. Bunu Rostislav İşenko onunla izah edir ki, Türkiyə Avropada ən güclü orduya sahibdir və NATO bu faktdan Rusiyanı təcrid etmək, yaxud ən azından onu sıxışdırmaq üçün istifadə edir. Buna siyasətdə "türk kartı" deyilir. Bununla NATO və ABŞ-ın əlindən "türk kartı" alınır ki, onun da əhəmiyyətini Kreml çox gözəl bilir.

Bütün bunlar onu təsdiq edir ki, İzmir sərgi-yarmarkasında Rusiya və Türkiyə arasında yüksək səviyyədə əməkdaşlıq barədə müzakirələrin aparılması böyük nəticələr verə bilər. Belə ki, bütün sahələr üzrə əlaqələr strateji səviyyəyə yüksələ bilər. Bu da özlüyündə geniş geosiyasi məkanda dinamikanın ciddi surətdə yeniləşməsinə təkan verər. Lakin rus analitik bunun üçün Türkiyənin sabit strateji tərəfdaşa çevrilməsi gərəkliyini vurğulayır. Bu necə mümkün ola bilər?

Bu suala Rostislav İşenko cavab verməyə çalışır. Onun məntiqinə görə, başlıca olaraq iki ölkə arasında konkret əməkdaşlıq layihələrini reallaşdırmaq və onların sayını artırmaq lazımdır. Bu istiqamətdə fəaliyyətin yüksək texnologiyalı silahlar, nüvə enerjisi və qaz sahəsində əməkdaşlığı inkişaf etdirməkdən ibarət olduğunu qeyd edir.

Təbii ki, sadalanan faktorların hər birinin ciddi əhəmiyyəti vardır. Ancaq Rusiya və Türkiyə arasında əməkdaşlığın sabit strateji xarakter alması üçün başqa bir amil də tələb olunur. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlıdır. Yəni bu məsələ reallaşmasa, Ankara-Moskva münasibətlərinin tam olaraq səmərəli relsə düşməsi imkansızdır. Proseslərin gedişinin də bu tezisin doğru olduğunu təsdiqləyəcəyinə əminik.

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Beynəlxalq Qız Uşaqları Günüdür

“Kür” bu gün APOEL klubu ilə cavab oyununa çıxacaq

Üçüncü Beynəlxalq Xankəndi Ultramarafonunda sonuncu mərhələyə Ağdamda start verilib

Azərbaycan Premyer Liqasında VII tura 2 oyunla yekun vurulur

Honkonqda meymunçiçəyinə yeni yoluxma halları aşkarlanıb

Azərbaycan cüdo yığması dünya çempionatının qarışıq komanda yarışında Avstriya ilə qarşılaşacaq

BMT-nin Baş katibi Ər-Riyad hava limanına hücumu pisləyib

“İnter Mayami” Messi və Suaresin dubl etdiyi matçda böyükhesablı qələbə qazanıb

ABŞ ordusu Oman körfəzində ticarət gəmisini vurub

Türk dövlətlərinin iştirakı ilə ənənəvi futbol yarışı təşkil olunacaq

Ərəb koalisiyası Ər-Riyad aeroportuna hücumda husiləri günahlandırıb

Ər-Riyadda hava limanına raket hücumu nəticəsində 12 nəfər həlak olub

Hörmüz boğazında tankerə hücum edilib

Mourinyo “Vilyarreal”la oyundan sonra mətbuat konfransını boykot edib

Tramp: ABŞ-yə Kanadanın xokkey çubuqları və maskaları lazım deyil

Makronun populyarlıq reytinqi rekord səviyyədə aşağı düşüb

Yer kürəsində son 3 ayın ən güclü maqnit qasırğası baş verib

Almaniyada gənc siyasətçi qalmaqallı xəritə paylaşımından sonra istefa verib

ABŞ-də “İsayas” qasırğası nəticəsində ölənlərin sayı artıb

Beynəlxalq Cüdo Federasiyasının bayrağı dünya çempionatının növbəti ev sahibinə təhvil verilib

Argentina səfiri: Azərbaycanla bizi birləşdirən ortaq mədəni cəhətlər var

Bakıda beynəlxalq tanqo marafonu davam edir

Premyer Liqa: “Sumqayıt” komandası mövsümdə ilk qələbəsini qazanıb

Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma

Azərbaycan Basketbol Liqası: “Neftçi” “Ordu”nu məğlub edib

Azərbaycanlı professorun kitabı ABŞ-də təqdim olunacaq

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Uşanqi Kokauri: Finalda taktiki cəhətdən səhvə yol verdim VİDEO

Xəzərin dayazlaşması köçəri quşların məskunlaşmasına ciddi təsir göstərir

Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

Bu saata olan əsas xəbərlər

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Bürünc medal qazanan Azərbaycan cüdoçusu: Üçüncü yer uğrunda görüşə tam hazır deyildim VİDEO

Ankara Universitetinin rektoru TAU-da olub

Çin Avropaya hibrid avtomobillərin ixracını azaltmaqla bağlı Aİ ilə razılığa gəlib

Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir

Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik

2027-ci il üçün Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına ayrılan maliyyə vəsaiti artırılır

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO

Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

“GastroFest 2026” festivalı yekunlaşıb

Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir

EYBA-nın payız konfransının iştirakçıları ADA Universitetində olub, təşkilatın Ümumi Yığıncağı keçirilib

Macarıstanın “Nepszabadsag” qəzeti on ildən sonra yenidən fəaliyyətə başlayıb

Rusiya bir sıra gürcü istehsalçılarının spirtli və qazlı içkilərinin idxalına və satışına qadağa qoyub

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Ancela Kavni: Minatəmizləyənlərin cəsarətinə heyran qaldım VİDEO

Azərbaycan cüdo nümayəndələrinə 6-cı və 7-ci dan dərəcələri üzrə sertifikatlar təqdim edilib

Rəşad Aslanov: Türk dünyası gənclərinin əməkdaşlığı böyük əhəmiyyət daşıyır

Kiyevə atılan ballistik raketlər zamanı Azərbaycan restoranı dağılıb FOTOLAR

Rektor: Türkiyə-Azərbaycan Universiteti iki qardaş ölkə arasında əlaqələrin təhsil sahəsindəki təzahürüdür

Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Ukraynanın Zaporojye vilayətində hava hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb YENİLƏNİB VİDEO

Çinin kənd təsərrüfatı üzrə yüksək texnologiyalar şirkətləri ilə əməkdaşlıq imkanları müzakirə edilib

Qazaxda ilk dəfə “Grace of Nature” bədii gimnastika turniri təşkil edilib

Professor Aida İmanquliyevanın elmi yaradıcılığına həsr olunmuş məqalə ərəb mediasında yayımlanıb

Beynəlxalq konfransın iştirakçıları Laçına səfər ediblər YENİLƏNİB

YAP-ın VIII Qurultayında Azərbaycan Prezidentinin nitqi və qarşıda duran vəzifələr – AMEA-da konfrans

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı birgə nahar ediblər VİDEO

BDYPİ həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə müraciət edib

Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

Prezident İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib YENİLƏNİB VİDEO

Prezident İlham Əliyev və Rusiyanın Çeçenistan Respublikasının başçısı “Bakı Ağ Şəhər”də olublar VİDEO

Səfir: İndoneziya şirkətlərinin Qarabağın bərpasında iştirakı əməkdaşlığımızın mühüm istiqamətlərindəndir

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır –  REPORTAJ  VİDEO

Torpaqdan yoğurulan sənət: Naxçıvanda təndirqoyma ənənəsi yaşadılır – REPORTAJ VİDEO

İradə Axundova: Son 10 ildə Azərbaycanda vərəmdən ölüm göstəricisi üç dəfədən çox azalıb

“Gözəl və Bədheybət” tamaşası yenilənmiş səhnə tərtibatı ilə yenidən təqdim olunub

Soltan Məmmədov: Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

Dünyada dizel yanacağı ucuzlaşacaq

Türkiyəli nazir 15-18 yaşarası yeniyetmələrin sosial media hesablarının bağlanacağını bildirib

Dünya çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Baş direktor: Tənəffüs sistemi xəstəliklərinin qarşısının alınması müxtəlif ixtisaslar arasında sıx əməkdaşlıq tələb edir

Maks Ferstappen Sinqapur Qran-Prisində sprint yarışının qalibi olub

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər VİDEO

III Beynəlxalq Xankəndi Ultramarafonunda üçüncü mərhələyə yekun vurulub

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək VİDEO

Şərqşünaslıq İnstitutunda Aida İmanquliyevanın elmi irsindən danışılıb

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Bakıda ağciyər sağlamlığının qorunması istiqamətində müzakirələr aparılıb VİDEO

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Gəncə teatrında müharibənin insan taleyinə təsiri səhnələşdirilib

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir VİDEO

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir VİDEO

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub VİDEO