RUSİYA VƏ İRAN XƏZƏRİN BALIQ EHTİYATLARINDAN İSTİFADƏ SAHƏSİNDƏ ƏMƏKDAŞLIQ BARƏDƏ RAZILIĞA GƏLMİŞLƏR
Rusiya və İran Xəzər dənizinin balıq ehtiyatlarının qorunub saxlanması və ondan istifadənin tənzimlənməsi sahəsində əməkdaşlıq haqqında razılıq əldə etmişlər.
İTAR-TASS-ın verdiyi xəbərə görə, balıqçılıq üzrə Rusiya-İran komissiyasının növbəti iclasının iştirakçıları elmi tədqiqatlar aparılması, Xəzər dənizinin bioloji ehtiyatlarının bərpası və İran mütəxəssislərinin Rusiyada məlum keçməsi sahəsində qarşılıqlı fəaliyyət haqqında razılığa gəlmişlər.
Birgə komissiyanın Moskvada keçirilmiş iclasında İran İslam Respublikasının nümayəndə heyətinə kənd təsərrüfatı nazirinin müavini, “Şilat” şirkətinin baş direktoru Yəhya Məhəmmədzadə, Rusiya nümayəndə heyətinə isə RF Dövlət Balıqçılıq Komitəsi sədrinin müavini Aleksandr Moiseyev başçılıq etmişlər.
Balıqçılıq təsərrüfatı sahəsində Rusiya ilə İran arasında əməkdaşlıq haqqında hökumət sazişi 1996-cı ilin mayında Tehranda imzalanmışdır. Həmin sənəd çərçivəsində balıqçılıq təsərrüfatı məsələləri üzrə Rusiya-İran birgə komissiyası yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]