Rusiyada prezident seçkiləri: seçicilərin 51,9 faizi səs verib
Bakı, 18 mart, AZƏRTAC
Rusiyada prezident seçkilərində yerli vaxtla saat 17:08-ə olan məlumata görə, seçicilərin 51,9 faizi səs verib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası tərəfindən məlumat yayılıb.
Qeyd edək ki, Rusiyada növbəti 6 il üçün prezident postu uğrunda hazırkı Prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasından Pavel Qrudin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasından Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]