Azərbaycan Dövlət İnformasiya Agentliyi

Rusiyadakı səfirliyimizin önündə piket keçirən azərbaycanlılarla görüş olub

Rusiyadakı səfirliyimizin önündə piket keçirən azərbaycanlılarla görüş olub

Moskva, 22 iyun, AZƏRTAC

Azərbaycanın Rusiyadakı səfirliyi qarşısında Rusiya Federasiyasının iki nəfər azərbaycanlı vətəndaşı Rövşən Əliyev və Tural Mehdiyev piket keçirib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, piketin keçirilməsində məqsəd Rusiya-Azərbaycan sərhədində baş vermiş məlum insidentlə bağlı öz mövqelərini bildirmək olub. Piket iştirakçıları səfirliyin binasına dəvət olunub və səfirliyin müşaviri Cavid Nəbiyev onlarla görüşüb.

Söhbət əsnasında məlum olub ki, adları qeyd edilən şəxslərin yaşanmış hadisə, ümumiyyətlə sərhəddə toplaşan insanların Azərbaycana qaytarılması prosesi, həmçinin səfirlik, Azərbaycan Respublikasının Xarici və Daxili işlər nazirlikləri tərəfindən bu istiqamətdə görülmüş işlər haqqında yetərincə məlumatları yoxdur.

Səfirliyin nümayəndəsi bildirib ki, baş vermiş xoşagəlməz olayla bağlı Azərbaycan tərəfi təəssüfünü ifadə edib və bu məsələni diqqət mərkəzində saxlayır. Hazırda Azərbaycanın səlahiyyətli nümayəndələri Dağıstandadırlar və yerli hakimiyyətlə bir yerdə orda toplaşan vətəndaşların tez bir zamanda ölkəyə qaytarılması üçün zəruri addımlar atılmaqdadır. Bildirilib ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyin sözçüsü Leyla Abdullayevanın və səfir Polad Bülbüloğlunun Rusiyadakı Azərbaycan vətəndaşlarına bütün mümkün olan vasitələrlə, o cümlədən Rusiya və Azərbaycan televiziya kanalları, saytları, diaspor təşkilatlarının vasitəsi ilə çoxsaylı müraciətləri olub. Müraciətlərdə Rusiya-Azərbaycan sərhədinə getməməyə, orada toplaşmamağa dair çağırışlar edilib. Buna baxmayaraq, vətəndaşlarımızın bir qismi edilən çağırışlara məhəl qoymayaraq, sərhədə gedib. Bununla da yerli və Azərbaycan hökuməti, ilk növbədə, özləri üçün əlavə problemlər yaradıblar. Onlar indi də ora getməkdə davam edirlər. Problemin bir tərəfi də ondan ibarətdir ki, hər həftə 100-130 nəfər buraxılır, onların yerinə isə sərhədə yeniləri gəlirlər. Bununla da problem daha da ciddiləşir və ağırlaşır. Hamıya bir daha bildirmək istəyirik ki, qəbul edilmiş qərara əsasən, Azərbaycan sərhədləri avqustun 1-dək bağlı qalacaq.

Səfirlik və əməkdaşları öz səlahiyyətləri çərçivəsində nə mümkündürsə edirlər. Səfir Polad Bülbüloğlu Rusiyanın Xarici İşlər Nazirliyinin müvafiq departamenti, Dağıstan Respublikasının rəhbərləri, Məhərrəmkənd və Dərbənd rayonlarının icra başçıları, yerli diaspor fəalları ilə daim təmasdadır.

Təəssüflə qeyd edilib ki, son günlər Azərbaycanda pandemiya ilə bağlı vəziyyət gərgin olaraq qalır, hər gün yoluxanların sayı artır və vəziyyət daha da gərginləşir. Piketçilərin diqqətinə çatdırılıb ki, bütün dünyada tətbiq edilən praktikaya uyğun olaraq Azərbaycanda da karantin yerlərinin, xəstəliyə yoluxmuş insanlar üçün çarpayıların sayı imkan verdikcə, ölkəmiz vətəndaşlarımızı tədricən qəbul edir. Karantin yerləri boşalmalıdır ki, qayıdan vətəndaşlarımız həmin yerlərə yerləşdirilsin. Azərbaycana tək Rusiyadan deyil, dünyanın bir çox ölkələrindən qayıtmaq istəyən azərbaycanlılar var. Sadalanan bütün bu məqamların nəzərə alınmasının vacibliyi önə çəkilib. Vurğulanıb ki, bu gün Dağıstanda yeni növ koronavirusla bağlı vəziyyətin ağır olmasına baxmayaraq, Dağıstan rəsmiləri və əhalisi orada toplaşan vətəndaşlarımıza öz köməkliyini əsirgəmirlər. İki aydan artıqdır ki, onlara yardım edirlər. Bununla belə dövlət rəsmilərinə, yerli polislərə daş atmaq, onlara məxsus nəqliyyat vasitələrinə ziyan vurmaq ən azı naşükürlükdür və bütün edilən yaxşılıqları dəyərsizləşdirir. Təbii ki, dövlət qurumu olaraq biz inanmırıq ki, Azərbaycan vətəndaşları onlara yardım əli uzadanlara daş atsın. Əminik ki, bu insident sərhəddə olan vətəndaşlarımızı qeyri-qanuni addım atmağa sövq etmək üçün məqsədyönlü şəkildə təşkil olunmuş təxribatdır.

Piket iştirakçıları səfirlik tərəfindən qəbul edildiklərinə və onlara ətraflı məlumat verildiyinə görə, təşəkkürlərini bildirib və sərhəddə toplaşmış Azərbaycan vətəndaşlarının çox tez bir zamanda vətənə qaytarılacaqlarına ümid etdiklərini söyləyiblər.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Milli Qurtuluşdan tarixi Zəfərə gedən yol

15 iyun Azərbaycan xalqının dövlətçilik iradəsinin və dövlət quruculuğu strategiyasının təntənəsini ifadə edən tarixi gündür

Oğuzda yol qəzası baş verib, ailə üzvləri xəsarət alıb

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri nəzərdə tutulur

Səfir Qurbanməmmet Elyasov: Qarabağda çox böyük işlər görülüb

İncəsənət məktəbləri və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir

Tahir Budaqov: Şuşa Bəyannaməsi Milli Qurtuluş Gününün formalaşdırdığı müstəqil dövlətçilik ideyalarının məntiqi davamıdır

Prezident: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir

Aydın Kərimov: İşğaldan azad olunmuş ərazilərdə 80 mindən çox insan yaşayır və çalışır

“Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçılarına

Şuşada “Qlobal təhlükəsizliyə regional töhfə: Cənubi Qafqazda sülh quruculuğu” mövzusunda beynəlxalq konfrans

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

Kiyevə kütləvi raket zərbələri endirilib, ölənlər və xəsarət alanlar var – YENİLƏNİB-2

Böyük Qayıdışdan Qurtuluşa aparan yol

Dünya çempionatı: İsveç millisi dünya çempionatında ilk oyununa inamlı qələbə ilə başlayıb

NYT: Əraqçi və Qalibaf ABŞ ilə müqavilə imzalamaq üçün Cenevrəyə gedəcəklər

Milli Qurtuluş Günü: Azərbaycanın sabitlikdən Zəfərə uzanan inkişaf yolunun başlanğıcı

15 İyun - Müasir Azərbaycanın xilası və böyük inkişaf yolunun başlanğıcı

Ekspert: Təəssüf ki, tərəqqi və müasir texnologiyalar ömrümüzü uzatmır

İran və ABŞ memorandum imzaladıqdan sonra danışıqlar üçün 2 ay vaxt ayıracaqlar

Xarkova hava hücumu zamanı azı 5 nəfər ölüb

Dünya çempionatı: Fildişi Sahili millisi qalib gəlib

Vens: ABŞ-İran sazişi Yaxın Şərqi növbəti 50 ildə dəyişə bilər

İran xarici işlər nazirinin müavini ABŞ ilə əldə olunmuş razılaşmanı təsdiqləyib

ABŞ Prezidenti İsveçrədə İranla sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər

Tramp: Bu böyük saziş bütün regiona sülh və təhlükəsizlik gətirəcək

BMT Baş katibi sülh razılaşmasına görə ABŞ və İranı təbrik edib

Dünya çempionatı: Niderland və Yaponiya milliləri heç-heçə ediblər

Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib

ABŞ və İran sülh sazişi üzrə razılığa gəliblər, imzalanma iyunun 19-na təyin olunub

Konqoda “Ebola” virusundan ölənlərin sayı 180 nəfəri ötüb

Lev İvanov: Övladlarımıza səhvlərimizi və mənfi emosiyalarımızı deyil, sevgi, sevinc və xoşbəxtlik ötürməliyik

Naxçıvanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampı 80 illik yubileyi münasibətilə təbrik edib

“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib

Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub

Şamaxıdakı Beynəlxalq Barbekü Festivalı mükafatlandırma ilə başa çatıb

Diaz Ahmetjanov: Tatar xalqının milli “Sabantuy” bayramı İçərişəhərdə ilk dəfə təşkil edilir

Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb

Prezident İlham Əliyevin sosial media hesablarında Milli Qurtuluş Günü münasibətilə paylaşım edilib

Birinci vitse-prezident Mehriban Əliyeva Milli Qurtuluş Günü münasibətilə paylaşım edib

Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb

Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək

Azərbaycanın qazandığı uğurların əsasında 33 il əvvəl formalaşdırılan dövlətçilik modeli dayanır- ŞƏRH

Putin və Tramp arasında telefon danışığı olub

Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib

Üçüncü Beynəlxalq Mənəvi və Bədən Təcrübələri Festivalı – “Nine Senses Fest 2026” başa çatıb

Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb

Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

İçərişəhərdə tatar xalqının “Sabantuy” milli bayramı təntənəli şəkildə qeyd olunub

Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ

Siklon Avropanı ağuşuna alır: Aidiyyəti qurumlar yüksək hava şəraitinə hazırlaşır

Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib

G7 sammiti öncəsi Evian-le-Bən və Cenevrədə misli görünməmiş təhlükəsizlik tədbirləri

Mədəni qastrol proqramının növbəti ünvanı Xankəndi şəhəri olub

Avropa Kuboku: Azərbaycan basketbol millisi final mərhələsinə vəsiqə qazanıb

Türkiyənin hakim partiyası: Avropa Parlamenti nüfuzunu itirir

Tramp İranla sülh müqavilənin yaxın 2-3 saat ərzində imzalanmasının gözlənildiyini deyib

Rusiya və Türkiyənin xarici işlər nazirləri Cənubi Qafqaz və Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər

Bu saata olan əsas xəbərlər

“Axios”: İsrail ABŞ tərəfini Livanın cənubuna bugünkü hücumla bağlı qabaqcadan məlumatlandırıb

Ukraynanın Krivoy-Roq şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Xarici sərmayədarlar Küveytdə 15 il yaşamaq hüququ əldə edə biləcəklər

Zelenski ilə Tramp arasında telefon danışığı olub

FHN: Binə qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb

Tramp: İranla sülh sazişinə çox yaxın olduğumuz bir gündə Beyruta hücum baş verməməli idi

Qahirədə qeyri-adi əməliyyat: Pasiyentin mədəsindən 100 ədəd metal əşya çıxarılıb

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur