Rusiyalı idmançı Ermənistan bayrağı altında çıxış etməyəcək
Moskva, 7 may, AZƏRTAC
Rusiyalı fiqurlu konki ustası Yevgeniya Medvedeva Ermənistan yığmasına keçməyi barədə xəbərləri təkzib edib.
AZƏRTAC xəbər verir ki, bir neçə gün əvvəl Y.Medvedevanın məşqçisi Eteri Tutberidzedən ayrılaraq Kanadaya köçəcəyi və Ermənistan yığmasının tərkibində çıxış edəcəyi barədə məlumatlar yayılmışdı. Qeyd edək ki, Y.Medvedevanın atası ermənidir. Buna baxmayaraq, o, anasının soyadını götürüb.
İdmançı bu gün Ermənistan bayrağı altında çıxış etmək barədə söz-söhbətlərə aydınlıq gətirərək deyib ki, Rusiya Federasiyası yığmasının tərkibində qalacaq. O, yalnız məşqçisini dəyişərək, kanadalı Bayran Orserin rəhbərliyi ilə məşqlərini davam etdirəcək. Bunun üçün də müəyyən müddətə Kanadaya köçməli olacaq.
Y.Medvedeva fiqurlu konkisürmə üzrə ikiqat dünya və Avropa çempionu, Qran-Pri yarışlarının qalibidir. O, 2018-ci Qış Olimpiya Oyunlarında gümüş medala layiq görülüb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [17:17]
Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb
- 03.10.2026 [16:35]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb
- 03.10.2026 [16:16]
Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik
- 03.10.2026 [11:33]
Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar
- 03.10.2026 [11:28]
“Turan Tovuz” və “Fənərbağça” bu gün 32 ildən sonra yenidən üz-üzə gələcək
- 03.10.2026 [10:21]
Azərbaycanın U-20 millisi bu gün Moldova ilə yoxlama görüşü keçirəcək
Bu saata olan əsas xəbərlər
- [12:01]
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
- 02.10.2026 [23:53]
Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb
- 02.10.2026 [23:20]
G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar
- 02.10.2026 [22:57]
“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!
- 02.10.2026 [22:42]
“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər
- 02.10.2026 [22:23]
Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib
- 02.10.2026 [22:05]