RUSİYANIN “PLAYFON KONTENT” PROVAYDER ŞİRKƏTİ AZƏRBAYCANIN MOBİL RABİTƏ BAZARINA ÇIXIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Rusiyanın “Playfon kontent” provayder şirkəti Azərbaycanın mobil rabitə bazarına çıxır. “Playfon” “Nokia” və “Sony Ericsson” mobil telefonlarının istifadəçilərinə 30 mindən çox müxtəlif media elementlərdən ibarət geniş mobil əyləncə bazasına çıxış təqdim edir. Buraya oyunlar, videoçarxlar, realtonlar, MP3 formatlı musiqili yazılar, polifonik melodiyalar və şəkillər daxildir. Bundan əlavə “Playfon”un təqdim etdiyi multimedia toplusundan Azərbaycan mobil operatoru - «Azercell Telecom» abunəçiləri də yararlana bilərlər.
Qeyd edək ki, “Playfon” mütəxəssisləri tərəfindən xüsusi hazırlanmış və məhz Azərbaycan abunəçiləri üçün lokallaşdırılmış wap.playfon.az multimedia portalı artıq istifadəyə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [14:33]
Startaplar üçün müsabiqənin növbəti mərhələsinə start verilib
- 13.06.2026 [10:30]
AZAL Naxçıvana uçuşları bərpa edib
- 12.06.2026 [18:19]