Rusiyanın tanınmış vokal müəllimi Bakıda ustad dərsləri keçəcək
Bakı, 1 fevral, AZƏRTAC
Rusiyanın Xalq artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Larisa Rudakova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən Bakıya dəvət olunub.
Sənət ocağının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rusiyalı sənətkar fevralın 5-dən 15-dək teatrda ustad dərsləri keçəcək. L.Rudakova Nyu-York Metropoliten Operası, habelə Avropanın ən mötəbər opera teatrlarının səhnələrində çıxış edərək bir çox görkəmli dirijorlarla və məşhur orkestrlərlə çalışıb.
L.Rudakova teatr tamaşalarında çıxış etməklə yanaşı, geniş konsert fəaliyyəti ilə də məşğul olur. O, həm də P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında professor-pedaqoq kimi işləyir. Onun bir sıra beynəlxalq müsabiqələr laureatı olan tələbələri Moskva və Avropanın müxtəlif opera teatrlarının solistləridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]