RUSİYAYA BİR MİLYARD DOLLARLIQ ZİYAN VURMUŞ QAÇAQMALÇI YAXALANDI
Hüquq mühafizə orqanlarının məlumatına görə, 30 yaşlı Belarus vətəndaşı Yuri Keydiçin üzv olduğu cinayətkar qrup altı il ərzində yüklərin qaçaqmalçılıq yolu ilə Polşadan Belarusa, oradan isə Rusiyaya gətirilməsi ilə məşğul olmuşdur. O, avtoqatarların gömrük məntəqələrindən maneəsiz keçməsinə cavabdeh idi.
Kompyuterlər, plazmalı televizorlar, video-audiotexnika Qərbi Avropa ölkələrindən Polşa və Belarus vasitəsilə Rusiyaya tikinti materialları adı ilə gətirilirdi. Avtoqatarlar Polşa ərazisinə keçəndə sürücülərə saxta sənədlər verilirdi.
Dəstənin iştirakçılarından biri Polşada həbs edildikdən və cinayət işi açıldıqdan sonra Keydiç Rusiya ərazisində gizlənmişdi. O, Moskvada yaşayırdı və Belarus malları satan firması vardı.
Hazırda Keydiçin Belarusa təhvil verilməsi məsələsinə baxılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [11:46]
Səudiyyə Ərəbistanında Asiya çempionatına hazırlıqlar davam etdirilir
- 16.10.2026 [11:30]
Fransada inflyasiya səviyyəsi 3,1 faizə çatıb
- 16.10.2026 [11:28]
Nigeriyada hərbi hissəyə hücum nəticəsində 20 nəfər ölüb
- 16.10.2026 [11:05]
Yaponiyada güclü zəlzələ ilə bağlı xəbərdarlıq ləğv edilib
- 16.10.2026 [10:53]
Husilərin hökumət evinə hücumu nəticəsində 5 nəfər ölüb, 16 nəfər yaralanıb
- 16.10.2026 [10:53]
Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Qızıl və gümüş bahalaşıb
- [10:06]
Birjalarda neft ucuzlaşıb
- [10:05]