S-400 zenit-raket komplekslərinin Türkiyəyə daşınması davam edir
Ankara, 18 iyul, AZƏRTAC
Türkiyənin sifarişi ilə Rusiyada istehsal olunan S-400 zenit-raket komplekslərinə aid hissələrin Ankaraya daşınması davam edir. Həmin hissələr “Ruslan” çoxtonnajlı yük təyyarələri ilə gətirilir.
AZƏRTAC Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, artıq kompleksə aid hərbi məhsulları daşıyan 14-cü təyyarə Ankaradakı “Mürted” aerodromunda qəbul olunub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlamasına görə, S-400 zenit-raket komplekslərinin tam şəkildə quraşdırılması 2020-ci ilin aprel ayında başa çatacaq.
Yerli KİV-lər isə yazır ki, Türkiyədə qurulan S-400 zenit-raket komplekslərinin sentyabrın 10-dan başlayaraq istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, yüklərin daşınmasına iyulun 12-dən başlanılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]