SAATLI MELİORATORLARI İLİ UĞURLA YEKUNLAŞDIRMIŞLAR
AZƏRTAC xəbər verir ki, "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin Saatlıdakı yerli bölmələri 2007-ci ili uğurlu göstəricilərlə yekunlaşdırmışlar. Keçən il 306 kilometr uzunluqda suvarma kanalları 866 min kubmetr lildən təmizlənmiş, xeyli sahilbərkitmə işləri görülmüş, 102 hidrotexniki qurğu, 20 hidrometrik post, 12 nasos təmir olunmuş, proqnozlar artıqlamasilə yerinə yetirilmişdir.
Bir sıra arxların və "Aşağı Muğan" kanalının lildən təmizlənməsi 15 min hektardan çox əkin sahəsinin su təminatını artırmışdır.
Rayonun 10-a yaxın kəndində 80 kilometr uzunluqda kollektorların qazılması isə 5 min hektara yaxın torpaq sahəsini şoranlaşmadan qorumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]