Saatlıda törədilən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb YENİLƏNİB

Saatlı, 6 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İyulun 6-da saat 18 radələrində Saatlı rayonu ərazisində 1952-ci il təvəllüdlü Ramiz Ağayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı 2000-ci il təvəllüdlü Rabil Ağayevin rayonun Dədə Qorqud kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı şüşə parçası ilə xəsarət yetirərək atası Ramiz Ağayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Saatlı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Rabil Ağayev iş üzrə şübhəli şəxs qismində tutulub.
20:12
İyulun 6-da saat 18:30 radələrində Saatlı rayonu Dədə Qorqud kəndində 1952-ci il təvəllüdlü Ağayev Ramiz Gülabdin oğlunun yaşadığı evdə şüşə parçası ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, oğlu, 2000-ci il təvəllüdlü Ağayev Rabil Ramiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [10:00]
Hacıqabulda tanışını bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb
- 17.06.2025 [19:28]
Qazaxda növbəti qanvermə aksiyası keçirilib
- 17.06.2025 [16:42]
Saatlıda yol qəzasında iki nəfər xəsarət alıb
- 17.06.2025 [14:02]
“Sağlamlığa doğru qaç”: Səhiyyə işçiləri Xankəndidə yürüşə qatılıblar FOTO
"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə mübarizə aparacaq
- 17.06.2025 [23:21]
Klublararası dünya çempionatında növbəti oyun keçirilib
- 17.06.2025 [23:12]
“Muğam aləmi” VII Beynəlxalq Musiqi Festivalının açılışı olub
- 17.06.2025 [23:02]
"Qarabağ" braziliyalı futbolçunu transfer edib
- 17.06.2025 [22:21]
UFC gecəsində döyüşəcək Azərbaycan idmançıları ilə görüş keçirilib
- 17.06.2025 [22:09]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 17.06.2025 [21:13]
Baş prokuror Türkiyənin Baş ombudsmanı ilə görüşüb
- 17.06.2025 [20:45]