SAATLIDA ZƏMİLƏRDƏN 80 MİN TON TAXIL GÖZLƏNİLİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Saatlı rayonunun taxılçıları biçinə ciddi hazırlaşmışlar. 2360 hektar arpa sahəsinin məhsulunun yığılıb daşınmasına 60 kombayn, 100-ə yaxın qoşqulu traktor və yükünü özüboşaldan maşın ayrılmışdır. Qısa müddətdə 1500 hektar sahənin arpası biçilib döyülmüşdür. Hər hektarın orta məhsuldarlığı 34 sentnerə yaxındır.
Bu mövsümdə 19 min 300 hektarlıq buğda zəmisində məhsul toplanacaqdır. Yerli mütəxəssislərin qənaətinə görə, cari ildə rayon üzrə azı 80 min ton taxıl yığılacaqdır. Beləliklə, əhalinin bu məhsula tələbatı yerli istehsal hesabına artıqlaması ilə ödəniləcəkdir.
Rayonun baza toxumçuluq təsərrüfatları isə 7 min ton elit əkin materialı ehtiyatı yaratmağı nəzərdə tuturlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]