SAATLININ TAXIL ZƏMİLƏRİNDƏ 75 KOMBAYN İŞLƏYİR
Saatlı, 10 iyul (AZƏRTAC). Bu il Saatlı rayonunda 26 min 212 hektar sahədə taxıl yetişdirilmişdir. Bu, keçən ildəkindən 4.500 hektar artıqdır. Mütəxəssislərin qənaətinə görə, rayonda hər hektarın məhsuldarlığının azı 41 sentnerə çatacağı gözlənilir.
Biçinin optimal müddətdə başa çatdırılması əsas qayğıdır. Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, zəmilərə hər gün 75 kombayn və 100-dən artıq yükdaşıma texnikası çıxarılır.
Rayonda indiyədək 10 min hektardan çox sahənin məhsulu biçilib döyülmüşdür. Hər hektardan orta məhsuldarlıq 38 sentnerdir.
Saatlı respublikanın toxumçuluq mərkəzi kimi də tanınır. Bu mövsümdə azı 6 min ton toxumluq taxıl tədarük olunması planlaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]