Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
Bakı, 8 sentyabr, AZƏRTAC
Azərbaycanda sentyabrın 9-na gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi səhər cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-26 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 15-19 dərəcə isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17, gündüz 24-29 dərəcə isti təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13, gündüz 14-19, bəzi yerlərdə 24 dərəcə isti olacağı gözlənilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 14-19, bəzi yerlərdə 25 dərəcə isti olacağı proqnozlaşdırılır.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər dağlarda duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17, gündüz 22-27 dərəcə isti olacağı bildirilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava
əsasən gecə və səhər bəzi qərb rayonlarında, gündüzdən isə şərq rayonlarında arabir yağış yağacaq. Ayrı-ayrı yerlərdə şimşək çaxacaq, dolu düşəcək. Gecə və səhər dağlarda duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 20-25, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada hava əsasən yağmursuz keçəcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava əsasən yağmursuz keçəcək. Lakin səhər dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı bildirilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər dağlarda duman müşahidə ediləcək, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-18, gündüz 22-25, dağlarda gecə 11-14, gündüz 16-20 dərəcə isti olacaq.