CƏMİYYƏT
Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək
![Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək](/files/2024/1/1200x630/17049635994866753878_1200x630.jpg)
Bakı, 11 yanvar, AZƏRTAC
Azərbaycanda yanvarın 12-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4°, gündüz 7-10° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 750 millimetr civə sütununa enəcək. Nisbi rütubət 55-65 faiz təşkil edəcək.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər yolların buz bağlama ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti olacağı ehtimal edilir.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər yolların buz bağlama ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 0-5° isti, bəzi yerlərdə 8°-dək isti olacağı gözlənilir.
Gəncə şəhərində, Qazax, Samux, Goranboy, Tərtər, Füzuli rayonlarında gün ərzində havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir sürətlənəcək. Havanın temperaturunun gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-9° isti, dağlarda gecə 5-10°, gündüz 0-5° şaxta olacağı proqnozlaşdırılır.
Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Göyçay, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə havanın arabir yağıntılı olacağı ehtimalı var. Bəzi rayonlarda arabir duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı bildirilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarının bəzi yerlərində arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Səhər tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şimal-şərq küləyi əsəcək, gecə və səhər arabir sürətlənəcək. Havanın temperaturunun gecə 0-3°, gündüz 5-9° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti olacağı gözlənilir.