“Sabah”-“Qəbələ” matçında beş qol vurulub
Bakı, 7 fevral, AZƏRTAC
Fevralın 7-də futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turuna “Sabah”-"Qəbələ" oyunu ilə start verilib.
AZƏRTAC xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən oyuna fəal başlayan qonaqlar 5-ci dəqiqədə Ülvi İsgəndərovun vurduğu qolla hesabı açıblar. Görüşün 19-cu dəqiqəsində meydan sahiblərinin hücumçusu Marko Deviç hesaba tarazlıq gətirib. Cəmi 3 dəqiqə sonra “Sabah”ın yarımmüdafiəçisi Mario Marina komandasını hesabda önə çıxarıb. Birinci hissə bu hesabla bitib - 2:1.
Qarşılaşmanın 64-cü dəqiqəsində “Qəbələ”nin futbolçusu Ehtiram Şahverdiyev topu öz qapısına göndərib. Lakin qonaqların hücumçusu Nikolas Raysel on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesab arasındakı fərqi azaltsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.
Beləliklə, “Sabah” doğma meydanda “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edib.
On beş turdan sonra turnir cədvəlinə 34 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 26 xalı olan “Keşlə” və “Neftçi” klubları müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Zirə” (20), “Sumqayıt” (19), “Sabah” (16), “Qəbələ” (13) və “Səbail” (12) yer alıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [15:45]
Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib
- 17.10.2026 [12:21]
Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb
- 17.10.2026 [10:30]
Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]