Sahibkarlar Belarus və Tatarıstanda keçiriləcək virtual sərgilərdə iştiraka dəvət olunurlar
Bakı, 8 iyun, AZƏRTAC
İyunun 16-19-da Belarusun “Made in Belarus AgroFood” adlı ilk virtual aqrar sərgisi keçiriləcək.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sərgi kənd təsərrüfatı sektorunun iştirakçılarını, idxalçılar və ixracatçıları virtual məkanda bir araya gətirəcək. Sərgidə bütün təqdimatlar rus və ingilis dillərində aparılacaq. Virtual sərgi çərçivəsində kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən mütəxəssislərin iştirakı ilə ilk beynəlxalq aqrar virtual forumun da keçirilməsi planlaşdırılır.
Virtual sərgiyə ziyarətçi və ya iştirakçı kimi qatılmaq istəyən Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər: telefon: +375 17 334 82 02, +375 44 509 12 08 (“Viber”, “Telegram”, “WhatsApp”), e-mail: “[email protected]”, internet səhifəsi - “www.belinterexpo.by”.
Ənənəvi olaraq hər il Tatarıstan Respublikasında təşkil olunan “VolqaStroyEkspo” inşaat sərgisi də bu il virtual formatda keçiriləcək. İyunun 17-19-da təşkil olunacaq virtual sərgidə inşaat sektoruna dair məhsullar nümayiş olunmaqla yanaşı, bu sahənin nümayəndələrinin iştirakı ilə virtual görüş və tədbirlərin keçirilməsi də planlaşdırılır.
Azərbaycanın kiçik və orta biznes subyektləri məlumat üçün sərginin təşkilatçıları ilə əlaqə saxlaya bilərlər: telefon: +843 202 29 08, e-mail: “[email protected]”, internet səhifəsi - “www.volgastroyexpo.expokazan.ru”.