Şair Fərzalı Abbasəlioğlunun 70 illiyi qeyd olunub
Bakı, 10 may, AZƏRTAC
Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında şair Fərzalı Abbasəlioğlunun 70 illiyi keçirilib.
Bu barədə AZƏRTAC-a teatrdan məlumat verilib.
Bildirilib ki, tədbirdə çıxış edən deputat Ceyhun Məmmədov şairin yaradıcılığına nəzər salıb.
Daha sonra şairin qələm dostları, qiraət ustaları, xanəndələr və musiqi ifaçıları Fərzalı Abbasəlioğlunun şeirlərini səsləndirib, sözlərinə bəstələnən mahnıları ifa ediblər.