Şair Şəmsi Qoca ilə məktəblilərin görüşü olmuşdur
Bakı, 11 may (AZƏRTAC). Binəqədi rayonundakı 314 nömrəli məktəbdə şair Şəmsi Qoca ilə görüş keçirilmişdir.
Məktəbin direktoru Vidadi Daşdəmirov Şəmsi Qocanın elmi fəaliyyəti, həyatı və yaradıcılığı haqqında məktəblilərə məlumat vermişdir. Natiq bildirmişdir ki, Ş.Qoca əzəli-əbədi torpaqlarımız olan, sonradan adları dəyişdirilmiş, indi ermənilərin tapdağı altında qalan Amasiya rayonunun Ağbaba kəndində dünyaya göz açmış, bədnam qonşularımızın haqsız siyasəti nəticəsində yurdundan didərgin salınmışdır.
Ş.Qoca “Ruhuma yağış yağır”, “Könlüm bənövşə yarpağı” və başqa kitablarında doğma yurd-yuva nisgilini, didərginlik ağrısını, el-obanın qız-gəlinlərinin yağılar əlində əziyyət çəkməsini, şəhid itkisini ürək ağrısı ilə qələmə almışdır. Onun “Kəndimizə məktub”, “Yazığın gəlsin”, “Özüməm, özgə deyiləm”, “Sevmirəm qızların göz yaşlarını” və başqa şeirlərini həyəcansız oxumaq mümkün deyildir.
Tədbirdə şairin dostu Nazim Bayramov, şairlər Əzizə Ağahüseynqızı, Zərəngiz Dəmirçi Qayalı, Cavanşir Quliyev, Xalidə İlyasqızı və başqaları vətənpərvər şairin əsərlərindəki nikbinlik, sabaha ümid, gəncliyə və gələcəyimiz olan uşaqlara böyük sevgisindən, qələbəyə bəslədiyi, ümidindən və inamından söhbət açmışlar.
Məktəbin şeir dərnəyinin, rəqs qrupu və özfəaliyyət ansamblı üzvlərinin ifasında şairin şeirlərindən ibarət ədəbi-bədii kompozisiya təqdim edilmişdir.
Sonda Şəmsi Qoca tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmiş, yeni şeirlərini oxumuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [14:50]
Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilir
- 09.09.2026 [14:40]
Aleksandr Yakovleviç Şarovski
- 09.09.2026 [14:25]
Dilarə Əliyeva: Opera sənətinə böyük hörmətlə yanaşmaq borcumuzdur
- 09.09.2026 [14:00]
Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışı olub
- 09.09.2026 [13:17]
Lənkəranın turizm imkanları media nümayəndələrinə təqdim olunub
- 09.09.2026 [11:20]
Malayziyada keçirilən festivalda Azərbaycan mədəniyyəti təbliğ edilib
- 09.09.2026 [11:19]
Azərbaycanın ilk milli baleti “Qız qalası” yenidən səhnədə
- 09.09.2026 [10:33]