Şalva Papuaşvili: Brüsselin Gürcüstanla danışıqlara başlamaması ədalətsizlik deyil, siyasi qisasdır
Tbilisi, 12 fevral, AZƏRTAC
Brüsselin Gürcüstanla danışıqlara başlamaması artıq açıq-aydın siyasi qisas və maneələrin əlamətlərinin göstəricisidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, İsveçdən maliyyələşən “Transparency International – Georgia” Gürcüstanda sabitliyi pozmağa çalışarkən əsl “Transparency International” yeni qlobal korrupsiya qavrama indeksini dərc edir. Araşdırmanın nəticələri Brüsselin ikiüzlülüyünü və ikili standartlarını bir daha təsdiqləyir.
Papuaşvili vurğulayıb ki, bəzi Brüssel rəsmiləri Gürcüstanın “geridə qalması” barədə təsəvvür yaratmağa çalışsalar da, faktlar bunun əksini sübut edir. Gürcüstan Avropa İttifaqının yeddi, NATO-nun isə 11 üzv ölkəsini qabaqlayır. Aİ üzvlüyünə namizədlərə gəlincə, biz nə qədər irəlidə olduğumuzu təxmin edin.
Parlament sədri, həmçinin yazıb: “Brüsselin Gürcüstanla danışıqlara başlamaması, sadəcə, ədalətsizlik deyil, bu, artıq açıq-aydın siyasi qisas və maneələrin əlamətlərini daşıyır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [11:42]
Misirdə Roma dövrünə aid piramida formalı sərdabə tapılıb
- 01.10.2026 [11:34]
Fransada mer mübahisəli nikah qərarına görə 7500 avro cərimələnə bilər
- 01.10.2026 [11:26]
İsveçrədə quraqlıq nəticəsində Qədim Roma dövrünə aid xarabalıqlar üzə çıxıb
- 01.10.2026 [08:26]
Marko Rubio İran nümayəndə heyətinin ABŞ-ni dərhal tərk etməsini tələb edib
- 01.10.2026 [08:10]
CENTCOM: ABŞ qüvvələri İranla əlaqəli 125 ticarət gəmisini nəzarətə götürüb
- 01.10.2026 [07:44]
Nyu-Yorkda Van Qoq, Mone və Sezanın nadir əsərləri hərraca çıxarılacaq
- 01.10.2026 [06:50]