SAM Polşada keçiriləcək “Siyasi partiyaların siyasi proseslərdə rolu” mövzusunda seminarda təmsil olunacaqdır
Bakı, 14 may (AZƏRTAC). Mayın 16-dan 21-dək ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Polşanın paytaxtı Varşavada “Siyasi partiyaların siyasi proseslərdə rolu” mövzusunda seminar keçirəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) AZƏRTAC-a bildirmişlər ki,
tədbirdə ATƏT-ə üzv ölkələr, o cümlədən Azərbaycandan dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndə heyətləri iştirak edəcəkdir.
Azərbaycanı seminarda təmsil edən rəsmi nümayəndə heyətinin tərkibində SAM-ın daxili siyasətin təhlili şöbəsinin müdiri vəzifəsini icra edən Tahirə Allahyarova da vardır. Tədbirdə siyasi partiyalarla bağlı üzv ölkələrin öhdəlikləri, milli qanunvericiliyin təkmilləşdirilməsi və s. məsələlər müzakirə ediləcəkdir.
Varşavaya səfəri çərçivəsində Azərbaycan nümayəndə heyəti Polşa Prezident Administrasiyası, parlament və Mərkəzi Seçki Komissiyasında görüşlər keçirəcəkdir. Polşa Prezidenti Bronislav Komarovski mayın 17-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Varşavadakı yeni binasının açılış mərasimində iştirak edəcək və tədbir iştirakçıları ilə görüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]