ŞAMAXIDA HEYDƏR ƏLİYEV MƏKTƏBİNİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ KEÇİRİLMİŞDİR
Heydər Əliyev məktəbinin mühazirəçiləri əsas diqqəti dahi öndərimiz Heydər Əliyevin birbaşa təşəbbüsü və göstərişi ilə 1978-ci il yanvarın 28-də qəbul edilmiş “Şamaxı rayonunun iqtisadiyyatını və mədəniyyətini daha da inkişaf etdirmək tədbirləri haqqında” qərarın nəticələrinə yönəltmişlər. Onlar böyük fəxrlə bildirmişlər ki, müasir Şamaxı, əslində, həmin qərardan sonra, yəni 70-80-ci illərdə tikilib qurulmuşdur. Hazırda rayon mərkəzində, Şamaxının kənd və qəsəbələrində gözə çarpan bütün tikililər, obyektlər məhz Heydər Əliyev dövrünün yadigarlarıdır.
Məşğələdə belə bir yekdil fikir də vurğulanmışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimiz Heydər Əliyev yolunu inamla və qətiyyətlə davam etdirir. Bütün Azərbaycan xalqı kimi, şamaxılılar da onun ətrafında sıx birləşmişlər.