REGİONLAR
Samuxa yağan dolu təsərrüfatlara ciddi ziyan vurub VİDEO
Samux, 31 may, Rauf Hacıyev, AZƏRTAC
Mayın 29-da axsam saatlarında Qərb bölgəsində güclü küləklə müşayiət olunan leysan xarakterli yağış yağıb.
Samux rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Rahil Həsənov AZƏRTAC-a bildirib ki, bir neçə dəqiqə davam edən yağış Samuxda dolu ilə müşayiət olunub, rayonun bir sıra təsərrüfatlarında və əkin sahələrində ciddi fəsadlar törədib.
Rahil Həsənov qeyd edib ki, təbii fəlakət əsasən, Samux rayonunun Qarayeri və Sarıqamış kəndlərindəki təsərrüfatlara - üzüm bağlarına, taxıl, bostan və tərəvəz sahələrinə böyük ziyan vurub.
İdarə rəisi bildirib ki, təbii fəlakətlə əlaqədar rayonda komissiya yaradılıb və hazırda ziyanın nəticələrinin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:35]
Forum iştirakçıları Ağdamın dağıdılmış abidələrini ziyarət ediblər
- 03.05.2024 [16:14]
AXA-nın sədri Beyləqanda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
- 03.05.2024 [15:32]
Azərbaycanda bu mövsüm pambıq sahələrinin sığortasında yenilik tətbiq olunub
- 03.05.2024 [14:58]