Samuxda 1000-dən çox ağac və gül kolu əkilib
Samux, 4 noyabr, AZƏRTAC
Samux rayonunda 8 Noyabr - Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada rayon icra hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri və könüllülər iştirak ediblər.
Aksiya çərçivəsində şəhərin Heydər Əliyev prospekti, Samux-Gəncə yolunun ətrafı və Şəhidlər xiyabanı ərazisində 1000-dən çox ağac və gül kolu əkilib.