Samuxda süni mayalanmadan 449 baş buzov doğulub
Samux 9 may, Rauf Hacıyev, AZƏRTAC
Bu ilin birinci yarısında Samux rayonunda 527 baş iribuynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılıb.
Samux Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, heyvanların süni mayalandırılmasından 449 baş bala alınıb.
Qeyd edilib ki, ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalanmadan 8 min 101 baş cins buzov doğulub. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələyib.
Bu ilin yanvar ayına olan məlumata əsasən, rayonda iribuynuzlu mal-qaranın baş sayı 23 min 185 baş, qoyun və keçilərin baş sayı isə 137 min 459-a çatıb. Rayonda mal-qaranın cinsləşdirilməsi heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu ilin birinci rübündə rayonda ət istehsalı (diri çəkidə) 3 ton artaraq 1505 ton, süd istehsalı 9 ton artaraq 8 min 162 ton, yumurta istehsalı isə 52 min ədəd artaraq 2 min 731 min ədəd olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]