SANKSİYALAR TƏTBİQ EDİLƏN ŞİRKƏTLƏRİN ADLARI AÇIQLANMIŞDIR
Xəbər verdiyimiz kimi, ABŞ Dövlət Departamenti kütləvi qırğın silahlarının istehsalında işlədilən mallar ixrac etdiyinə görə Ermənistan, Moldova və Çinin bir sıra şirkətlərinə qarşı sanksiyalar tətbiq olunacağını elan etmişdir. Dövlət Departamentində keçirilən brifinqdə bu barədə danışan mətbuat katibi Riçard Bauçer həmin şirkətlərin Amerikanın hökumət yardımından məhrum ediləcəyini, dövlət təşkilatlarının nümayəndəlikləri ilə heç bir müqavilə bağlamaq hüququnun olmayacağını və yardım proqramlarında iştirak etməyəcəyini vurğulamışdır.
ABŞ-ın rəsmi qanunları, prezidentin fərmanları çap edilən “Federal Recister” gündəlik toplusunda mayın 16-da 10 şirkətin adı açıqlanmışdır. Həmin şirkətlər, o cümlədən Ermənistanın “Lizen Open Joint Stock Kompany” və “Armen Sarkisyan” şirkətləri iki il müddətinə qadağalarla üzləşəcəkdir. Yardım almaq və yardım proqramlarından məhrum edilməklə yanaşı, adı çəkilən şirkətlərə “Silahların İxracına Nəzarət Aktı” üzrə müdafiə sahəsində istifadə olunan mallar, sursart və xidmətlər satılmayacaq, yeni lisenziyalar verilməyəcək, mövcud lisenziyalar isə dayandırılacaqdır.
Şəfəq Akifqızı
AzərTac-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.10.2026 [14:25]
Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib
- 17.10.2026 [09:54]
“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb
Bu saata olan əsas xəbərlər
- [12:01]
Birjalarda neft bahalaşıb
- [10:44]
Qızıl və gümüş bahalaşıb
- [10:42]
Bu gün Füzuli Şəhəri Günüdür
- [08:30]
YAP İdarə Heyətinin iclası olub
- [01:05]
Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq
- 16.10.2026 [23:51]
Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib
- 16.10.2026 [23:39]
Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub
- 16.10.2026 [23:18]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [22:43]
Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib
- 16.10.2026 [21:56]
“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram
- 16.10.2026 [21:38]
BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb
- 16.10.2026 [21:26]
Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
- 16.10.2026 [21:06]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [21:04]
Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib
- 16.10.2026 [21:00]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [20:10]
Bu saata olan əsas xəbərlər
- 16.10.2026 [20:00]