SANKT-PETERBURQ ŞƏHƏRİ VƏ LENİNQRAD VİLAYƏTİNDƏ AZƏRBAYCANVƏTƏNDAŞLARININ QEYDİYYAT MƏSƏLƏLƏRİ MÜZAKİRƏ EDİLMİŞDİR
Görüşdə baş konsulluqla miqrasiya xidməti arasında konstruktiv əlaqələrin inkişafı məsələləri müzakirə edilmişdir.
Q.Osmanov Azərbaycan vətəndaşlarının müvəqqəti, daimi qeydiyyat vəziyyəti ilə bağlı üzləşdikləri problemlərdən söz açmış, onların həlli yolunda konsulluğun mütəmadi hüquqi yardım göstərdiyini bildirmişdir.
Azərbaycan vətəndaşlarının Rusiyada qeydiyyata alınması, daimi və müvəqqəti yaşayışa icazə verilməsi məsələlərinin müzakirəsi zamanı Yuri Buryak bildirmişdir ki, Sankt-Peterburq şəhərində və Leninqrad vilayətində azərbaycanlıların sayının çox olmasına baxmayaraq, onların qanunvericiliyi pozması hallarına təsadüf hallarda rast gəlinir.
Q.Osmanov Rusiya ilə Gürcüstan arasında gərginliyi nəzərə alaraq, Gürcüstan vətəndaşı olan azərbaycanlıların Ermənistan ərazisi ilə deyil, Azərbaycan ərazisi ilə deportasiya edilməsi təklifini irəli sürmüşdür.
Görüşdə Rusiya Federasiyası Federal Miqrasiya Xidmətinin Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzrə idarəsinin hüquqi təminat şöbəsinin müdiri Yelena Dunayeva və Sankt-Peterburq şəhəri milli-mədəni muxtariyyətinin icraçı direktoru Akif Qasımov iştirak etmişlər.