Sankt-Peterburqda Diplomatlar xiyabanı açılmışdır
Bakı, 12 may (AZƏRTAC). Mayın 12-də “Sankt-Peterburqun 300 illiyi” parkında Diplomatlar xiyabanının açılış mərasimi olmuşdur.
Mərasimdə şəhər administrasiyasının nümayəndələri, Sankt-Peterburqda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, MDB-yə üzv ölkələrin Parlamentlərarası Assambleyasının sədri M.Krotov, Sankt-Peterburqun Primorski rayonunun rəhbəri və digər rəsmi şəxslər iştirak etmişlər.
Ərazisi 54 hektar olan parkda şəhərdə təmsil olunan xarici ölkələrin nümayəndələri ağac əkmişlər.
Sankt-Peterburq hökumətinin üzvü, şəhər administrasiyasının xarici əlaqələr komitəsinin sədri Aleksandr Proxorenko mərasimdə çıxış edərək şəhərdə belə bir xiyabanın yaradılmasını əlamətdar hadisə adlandırmışdır. Bildirmişdir ki, şəhər sakinləri üçün yaradılmış bu xiyaban onlara tolerantlığın bir nümunəsi kimi böyük hədiyyədir.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov xiyabanın yaradılmasını tarixi hadisə və xalqlar arasında dostluğun rəmzi olduğunu bildirmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]
BMT-də beynəlxalq parlament diplomatiyasının əhəmiyyətindən danışılıb
- 08.09.2026 [22:26]
Azərbaycanın səfiri Türkiyə Prezidentinə etimadnaməsini təqdim edib
- 08.09.2026 [17:26]