Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi: Azərbaycanla münasibətlər qarşılıqlı etimada əsaslanır
Bakı, 6 fevral, AZƏRTAC
Prezident seçkiləri çox əlamətdar hadisədir. Azərbaycanda keçiriləcək prezident seçkilərinin nəticələrinin bu ölkənin gələcək inkişafı üçün uğurlu olacağına inanırıq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) nümayəndə heyətinin rəhbəri, qurumun Baş katibi Can Min Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşdə söyləyib.
O bildirib ki, Şanxay Əməkdaşlıq Təşkilatının yaxın tərəfdaşlarından olan Azərbaycanla münasibətlər qarşılıqlı etimada əsaslanır.
Can Min ölkəmizin son illərdə bütün sahələr üzrə çox böyük uğurlara imza atdığını vurğulayıb.
“İndiyədək 69 seçki prosesini izləmişik. Seçkilərin ədalətli, şəffaf keçəcəyinə inanırıq. Nizamnaməyə uyğun olaraq bizim missiyamız ümumi prinsiplər, ölkənin daxili işlərinə qarışmamaq, çatışmazlıqların aşkar edilməsi və digər məsələlərdir. Müşahidə missiyamız başa çatdıqdan sonra fevralın 8-də nəticələri açıqlayacağıq.
İnanırıq ki, Azərbaycan xalqı öz siyasi iradəsini nümayiş etdirərək layiqli namizədinə səs verəcək”, - deyə Can Min diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [11:17]
Azərbaycan Prezidenti: Müasir ideoloji işlər aparılmalıdır
- 02.10.2026 [11:00]
Azərbaycan Prezidenti: Əsas vəzifələrdən biri hərbi gücümüzün artırılmasıdır
- 02.10.2026 [10:53]
Prezident: Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır
"ADEX 2026" davam edir
- [11:23]
Xorvatiyada Azərbaycan musiqisi gecəsi təşkil olunub
- 01.10.2026 [23:51]
“Birliyin Gücü – 2026” birgə hərbi təlimi başa çatıb
- 01.10.2026 [23:23]
“ADEX-2026” çərçivəsində beynəlxalq tərəfdaşlarla müzakirələr davam edir
- 01.10.2026 [23:18]
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
- 01.10.2026 [22:55]
TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşüblər
- 01.10.2026 [22:51]
Mahir Emreli: Komanda yaxşı vəziyyətdə deyil
- 01.10.2026 [22:41]
Aqil Qurbanov “ADEX-2026” sərgisində bir sıra görüşlər keçirib
- 01.10.2026 [22:22]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [21:16]
Tramp: İran nüvə silahına sahib olmayacağına razılıq verib
- 01.10.2026 [21:07]
Putin: Hegemoniyadan uzaqlaşdıqca dünyada vəziyyət yaxşılığa doğru dəyişəcək
- 01.10.2026 [20:35]
Ukrayna “FP-7” ballistik raketlərindən ilk zərbələrini endirib
- 01.10.2026 [20:15]
Əcnəbi tələbələr Belçika iqtisadiyyatına milyardlar qazandırır - araşdırma
- 01.10.2026 [20:04]