Sarayevo Avropada ən çirkli havası olan şəhərdir
Sarayevo, 1 dekabr, AZƏRTAC
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo Avropa qitəsində ən çox hava çirkliliyi olan şəhərlər sırasında birinci yerdədir.
AZƏRTAC xəbər verir ki, mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkətinin məlumatına görə, Sarayevo Avropanın ən çox hava çirkliliyi olan şəhəridir.
Mütəxəssislər Sarayevoda hava çirkliliyinin artmasını qış fəslinin yaxınlaşması ilə əlaqələndirirlər.
Qeyd edək ki, qışın yaxınlaşması ümumilikdə Qərbi Balkan regionu ölkələrində havanın çirklənməsinə öz təsirini göstərməyə başlayır. Buna xüsusən köhnə model avtomobillərin işlənmiş qazları, aşağı kalorili yanacaq və sənaye müəssisələri səbəb olur.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Sarayevo
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]
BMT-nin Baş katibi Pakistanda səfərdədir
- 06.10.2026 [11:33]