İQTİSADİYYAT
Satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə mənzil alan ailələrin sayı 6000-i ötüb
Bakı, 13 dekabr, AZƏRTAC
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə 6121 ailə özünün mənzil şəraitini yaxşılaşdırıb ki, bunun da 1735-i cari ildə bağlanmış müqavilələrin payına düşür.
Fonddan AZƏRTAC-a bildirilib ki, satmaq öhdəliyi ilə kirayə mexanizmindən faydalanaraq mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 faizindən çoxu gənclər və gənc ailələrdir.
Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində fond tərəfindən vətəndaşlara 14 ünvanda mənzillər təqdim edilib. Onlardan 6-sı Bakı şəhərində, 3-ü Xırdalan şəhərində, 3-ü Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində, daha 2-si isə Sumqayıt şəhərində yerləşir.