SAXALİNDƏ AYILAR AVTOMOBİL SÜRÜCÜLƏRİNDƏN YEMƏK ALMAQ ÜMİDİ İLƏ YOLLARA ÇIXIRLAR
AZƏRTAC xəbər verir ki, çəkisi 700 kiloqrama çatan saxalin ayıları adanın şimalında yollara çıxaraq, avtomobil sürücülərindən yeməyə bir şey istəyirlər.
Ata, ana və iki baladan ibarət əyripəncələr ailəsi Noqliki şəhərinin yetmiş kilometrliyində Ceremşovaya Polyana qəsəbəsində “dilənçilik” edir.
Noqliki meşə təsərrüfatında yırtıcı heyvanların davranışını şərh edərək bildirmişlər ki, yoldan keçən maşınların pəncərələrindən onlara müxtəlif yeməklər tullayırlar, ayılar da ağına-bozuna baxmadan, hər nə gəldi yeyirlər.
Meşə təsərrüfatının işçiləri hesab edirlər ki, rayonun meşələrində ayılar üçün yem bazası kifayət qədərdir, lakin sürücülər heyvanları ələ öyrətmişlər və indi onlar günlərlə sədəqə istəyərək, maşınların üstünə atılırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]