“Səbail” komandası son dəqiqələrdə vurduğu qolla “Zirə”ni məğlub edib
Bakı, 30 mart, Nicat Məmmədov, AZƏRTAC
Martın 30-da “Zirə” - “Səbail” oyunu ilə Topaz Premyer Liqasının 22-ci turuna start verilib.
AZƏRTAC xəbər verir ki, Zirə İdman Kompleksində keçirilən oyunda “Səbail” komandası 2:1 hesabı ilə qalib gəlib. Oyunda hesabı 41-ci dəqiqədə qonaqlar açıblar. Ağabala Ramazanov fərqlənib - 0:1. Matçın 69-cu dəqiqəsində “Zirə”nin futbolçusu Xulio Sezar Rodrigez tarazlığı bərpa edib - 1:1. “Səbail”in futbolçusu Şəhriyar Rəhimov qarşılaşmanın əsas hissəsinə əlavə olunmuş vaxtın 3-cü dəqiqəsində komandasının qələbə topunu vurub - 2:1.
“Səbail” komandası bu qələbə sayəsində xallarının sayını 34-ə çatdıraraq üçüncü yerdəkı mövqeyini qoruyub. “Zirə” isə 22 xalla altıncı pillədə yer alıb.
Turun digər oyununda “Keşlə” və “Neftçi” komandaları qarşılaşırlar.